• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili cəbhədəki son vəziyyətlə bağlı bəyanat verdi

Millət vəkili cəbhədəki son vəziyyətlə bağlı bəyanat verdi
05.07.2017 09:00
Millət vəkili Qənirə Paşayeva Fizuli istiqamətində erməni işğalçıları tərəfindən atəşkəsin pozulması və dinc sakinlərimizin öldürülməsi, yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"İşğalçı Ermənistanın Fizuli rayonunun Alxanlı kəndini, sivil insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, törətdikləri təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. İşğalçı dövlətin növbəti vandalizm aktları nəticəsində həyatını itirən əziz soydaşlarımıza Allahdan rəhmət, yaralı bacımıza acil şəfalar diləyirik. Müdafiə nazirliyi tərəfindən yayılan məlumatda işğalçı Ermənistanın bu təxribatı və sivil insanlarımızı hədəfə alması kimi qeyri-insani əməlləri barədə beynəlxalq qurumlara məlumat verildiyi bildirilir. Bu günə qədər heç bir ciddi işlə məşğul olmayan ATƏT-in Minsk Qrupu həmsədrlərindən ciddi münasibət gözləyirik. Hər zaman sivil Azərbaycan vətəndaşlarına qarşı işğalçı Ermənistanın bu cür vandalizm aktlarına susub, ümumi,mənasız açıqlamalarla tanınan bu Qrupun həmsədrlərindən sivil insanlarımıza qarşı törədilən bu cinayətə ciddi reaksiya vermələrini tələb edirik. Çünki onların işğalçı ölkəyə qarşı heç bir addım atmamaları da Ermənistanı bir az da bu vandalizm aktlarına cəsarətləndirir. Sabah İspaniyada Beynəlxalq Konfransda iştirak edəcəm və təbii ki ilk işim tədbirdə iştirak edən beynəlxalq təşilatlar rəhbərlərinə və müxtəlif ölkələrdən gəlmiş siyasətçilərə bu barədə geniş məlumatları təqdim etmək olacaq. bütün dünyada yaşayan soydaşlarımız da bu cinayətlərin dünyaya daha geniş duyurulmasında aktiv olmalıdır. Ordumuz düşmənə layiq olan cavabı verib və verir. Allah əziz Alxanlı kənd sakinlərini, ön cəbhəmizdəki bütün insanlarımızı qorusun. Hamımızın qəlbi, fikri indi onların yanındadır. Hər zaman olduğu kimi. Bir daha həlak olan əziz bacımız Sahibə xanıma, balamız Zərhaya Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. İnşallah işğalçı ölkənin bu vəhşilikləri yerdə qalmayacaq və artıq qalmır. Allah əsgər və hərbiçilərimizə kömək olsun və onları qorusun. Sevgimizlə, duamızla və bütün qəlbimizlə onların yanındayıq". 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol