• $
  • €
  • ₽
  • ₺
  • £

AP Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasını qınadı

AP Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasını qınadı
07.07.2017 10:30
Avropa parlamentinin bir qrup deputatı Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində 51 yaşlı Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın qətlə yetirilməsini qəti şəkildə pisləyən bəyanat yayıblar.

anews.az-ın APA-ya istinadən məlumatına görə, cəbhə xəttində baş verən son hadisələrlə əlaqədar birgə bəyanat Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayql  (Sloveniya, ALDA) tərəfindən yayılıb.

"Biz – Avropa Parlamentinin deputatları Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində 51 yaşlı Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın qətlə yetirilməsini qəti şəkildə pisləyirik”.

Bəyanatda həmçinin deyilir ki, mülki şəxslərin, qadınlar və uşaqların qətlə yetirilməsi tamamilə qəbuledilməzdir və buna dərhal son qoyulmalıdır.

"Bu ölüm halları Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin silahsız mülki şəxslərini minaatan və qumbaraatanlardan atəşə tutması nəticəsində baş verib. Bu cür mənfur və amansız cinayətə heç cür bəraət vermək olmaz və faktın dərhal araşdırılmasına və cinayətkarların müəyyənləşdirilib cəzalandırılmasına çağırırıq.

Biz Azərbaycanın işğal olunmuş ərazilərində bütün hərbi əməliyyatların dayandırılmasına çağırırıq. Şiddət və zorakı hərəkətlərin artması gələcəkdə dinc əhali arasında yeni itkilərə səbəb ola bilər. Bu cür təxribatlar bütün Cənubi Qafqaz regionunun sabitliyi üçün təhlükəlidir.

Bundan əlavə, biz Ermənistan və Azərbaycan hökumətlərini, erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması üçün sülh yolu ilə sabit və davamlı bir həll variantının müəyyənləşdirilməsi üçün danışıqların bərpasına və sürətləndirilməsinə çağırırıq.

Biz həmçinin təxribat qurbanlarının ailələrinə dərin hüznlə başsağlığımızı veririk”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
Siyasət 08:50
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
Bu gün Azərbaycanda Zəfər Günüdür
Siyasət 08:24
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək
Siyasət 22:25
Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:27
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 20:01
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Siyasət 14:02
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verib
Siyasət 13:31
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verib
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Siyasət 12:00
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol