• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qarabağdakı təlimlərə görə Rusiyaya müraciət etdi

Azərbaycan Qarabağdakı təlimlərə görə Rusiyaya müraciət etdi
12.07.2017 00:57
10 iyul 2017-ci il tarixində ru.armeniansputnik.am internet resursu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası dövlət sərhədinin yarılması cəhdinin qarşısının alınması ssenarisi üzrə birgə təlimlərin keçirilməsi ilə bağlı məlumat yayıb.

AzVision.az xəbər verir ki, APA yayılan məlumatla bağlı Azərbaycan Respublikası Dövlət Sərhədinə Xidmətinə (DSX) sorğu ilə müraciət edib.

DSX mətbuat xidmətindən bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.

Qeyd olunub ki, yaxın müddətdə məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, ru.armeniansputnik.am internet resursunda yayılan məlumata görə, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol