• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhə bölgəsində yeni hotel işə düşdü – QİYMƏTLƏR, ŞƏRAİT - FOTOLAR

Cəbhə bölgəsində yeni hotel işə düşdü – QİYMƏTLƏR, ŞƏRAİT - FOTOLAR
13.07.2017 11:34
Azərbaycanın cəbhə bölgəsinin yaxınlığında, bir hissəsi işğal edilmiş Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində «Qarabağ Hotel»i müştərilərə xidmətini təklif edir.

Seyyah.az-ın məlumatına görə, 23 nömrəsi olan hoteldə 70 qonaq yerləşə bilər. Hoteldə 2 nəfərlik «standart» nömrlərdən tutmuş 6-7 nəfərlik böyük ailələrin yerləşəcəyi iki otaqlı «lüks» nömrələr də var. 

2 mərtəbəli hotelin yuxarı mərtəbəsindəki otaqlar eyvanlıdır.

Olduqca gözəl təbiətli və əla havası olan ərazidə yerləşmiş «Qarabağ Hotel»ində qonaqların qalması və vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait yaradılıb.

Belə ki, nömrələrin hamısı vanna otağı, kondisioner, kondisioner televizor və soyuducu ilə təmin edilib. Hoteldə pulsuz Wi-Fi var.

Otaqlarda gecələmə qiyməti 2 nəfərlik nömrə üçün 40 manat, 3 nəfərlik nömrə 50-60 manat, 4-5 nəfərlik iki otaqlı nömrə üçün 100 manat, 6-7 nəfərlik iki otaqlı böyük nömrə üçün isə 120 manatdır. 

«Lüks» və iki otaqlı nömrələr əlavə yumşaq mebel (divan-kreslo) və jurnal masası ilə təmin ediliblər.

100-120 manatlıq nömrələrin ödənişinə səhər yeməyi də daxildir. Digər müştərilər üçün isə səhər yeməyi adambaşına 3-5 manatdır.

Hotelin həyətindəki restoranda kabinetlər və açıq havada masalar var. Kabinetlər müştərilərin rahatlıı üçün bütün lazımi şərait, o cümlədən televizor və kondisionerlərlə təmin edilib.

«Qarabağ Hotel»in həyətində uşaqlar üçün atraksionlar, fəvvarələr və şəlalələr var. Yaxın vaxtlarda hoteldə hovuz, türk hamamı, fitnes zalı, eləcə də futzal və futbol meydançaları da müştərilərin istifadəsinə veriləcək.
 
 









www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol