• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın satışa çıxardığı azərbaycanlı qızlar - VİDEO

Ermənistanın satışa çıxardığı azərbaycanlı qızlar  - VİDEO
31.07.2017 15:02
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3 minə yaxın azərbaycanlının taleyini aydınmlaşdırmaq üçün Türkiyə və beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanlanmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə ASİMDER rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, 1992-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində mülki əhali qətlə yetirildi, 4 min 700 azərbaycanlı əsir alındı: "Onlardan 2 min 700-ü qadın və uşaqlardır. Ermənistan 25 ildir işğalda saxladığı Qarabağda əsir aldığı Azərbaycan vətəndaşlarını həmişə inkar edib. Beynəlxalq insan haqları təşkilatları və ATƏT ölkələrindən heç biri buna səsini çıxarmır. İşğal altındakı Azərbaycan torpaqlarına gedən Gürcüstan və İran vətəndaşları təsadüfən Kəlbəcərdə əsirlərin saxlanıldığı Zod kəndi yaxınlığındakı əraziləri gəzib. Həmin vaxt mədənlərdə işlədilən, yarıac, səfil vəziyyətdə olan çoxsaylı insan görüblər. Dəmir məftillərlə bağlı olan bölgədə işləyənlərin kim olduğunu soruşanda öyrəndiklərindən heyrətə gəliblər. Onları gəzdirən erməni Zod kəndindəki mədənlərdə və digər ərazilərdə işlədilənlərin azərbaycanlı əsirlər olduğunu deyib. Bütün bunlara rəğmən, dünya ictimaiyyəti ikiüzlülük edərək, insan haqlarının tapdanmasına səssiz qalır”.

G.Gülbey bildirib ki, 1992-95-ci illərdə Ermənistanın dövlət rəsmiləri əsir uşaqları və gənc qızların orqanlarını satıblar: "Azərbaycanlı əsir qadınları isə zorla özlərinə arvad ediblər, yaxud cinsi istismara məruz qoyublar. Özlərini öldürən qadınlar da olub. Bunları 1999-cu ildə İğdırda Ermənistan sərhədində heyvan qaçaqçılığı edərkən tutulan və Ermənistan həbsxanasında çəkən insanların danışdıqlarından öyrənirik. Onların dediklərinə görə, zəncirlənmiş şəkildə həbsxanaya gətirilən bir nəfər azərbaycanlı əsir olduğunu, Naxçıvanın Sədərək rayonu ilə sərhəd olan bölgədə işlədildiklərini deyib”.

ASİMDER rəhbəri qeyd edib ki, bu qədər dəlil olsa da, beynəlxalq insan haqları təşkilatları heç bir reaksiya vermir.

"ASİMDER olaraq, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyasına, Türkiyə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq və Xarici Əlaqələr Şöbəsinə, Türkiyə Daxili İşlər Nazirliyinin İnsan Haqları və Beynəlxalq Təşkilatlar Bürosuna, Avropa İnsan Haqları Məhkəməsinə, Avropa İşgəncələrə qarşı Komitəsinə, Avropa Şurası və BMT-yə rəsmi şəkildə müraciət edəcəyik”, - deyə o bildirib.

Erməni əsirliyinə olmuş azərbaycanlılardan bir neçəsinin danışdığı dəhşətləri təqdim edirik:
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol