• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə qarşı BÖYÜK OYUN: ABŞ, Rusiya və İranın HƏDƏFLƏRİ

Türkiyəyə qarşı BÖYÜK OYUN: ABŞ, Rusiya və İranın HƏDƏFLƏRİ
05.08.2017 13:16
ABŞ-ın PYD-yə (PKK terror təşkilatının Suriya qanadı – red.) silah yardımını artırması, Türkiyənin Suriyanın şimalında hərbi gücünü artırması və Rusiyanın ABŞ-la yeni bir atəşkəs və həll üzərində çalışması Suriya müharibəsində daha fərqli bir mənzərəni ortaya çıxarıb.

Publika.az "Haber7” saytına istinadən xəbər verir ki, ABŞ, Rusiya və İranın rəqabət meydanına çevrilən Suriyada hər dövlətin fərqli hədəfləri var.

İran

İranın Suriyadakı əsas məqsədi Livanın "Hizbullah” təşkilatına yardımların edildiyi yolun (bu yolun uzunluğu 900 kilometrdir) təhlükəsizliyini təmin etməkdir. Tehran bunun üçün ABŞ-la razılaşaraq İraq-Suriya sərhədindəki ABŞ xüsusi təyinatlılarının mərhələli olaraq bölgədən geri çəkilməsini təmin etməyə çalışır. İddiaya görə, İran İraqdakı "Haşdi Şabi” qruplaşmasından Suriyadakı məqsədlər üçün istifadə etmək istəyir. Tehranın bunun qarşılığında isə "PKK dövləti” layihəsinə səssiz qalacağı bildirilir.

Rusiya

Rusiyanın isə son vaxtlar ABŞ-la Suriya böhranında yaxınlaşması diqqət çəkir. Ölkənin cənubunda elan edilən atəşkəs razılaşması bunun göstəricilərindən biridir. Aralıq dənizindəki bazalar və neft-qaz hövzələri üzərində nəzarəti təmin etməyə çalışan Rusiya təcili olaraq atəşkəsə ehtiyac duyur.

ABŞ

Suriyanın şimalında PKK işğalı altındakı bölgələrdə 11 hərbi baza quran ABŞ isə ölkənin federallaşmasını qarşısına məqsəd qoyub. Bu məsələdə Fransadan da dəstək alan ABŞ Suriyanın şimalına PKK-nın əli ilə nəzarət etmək istəyir. ABŞ bu məqsədlə PKK-nı sürətlər silahlandırır.

Türkiyə

Türkiyə isə bütün diqqətini Suriyanın şimalında PKK-nın əli ilə qurulması planlaşdırılan "terror dövləti” layihəsinə mane olmaqdır. Türkiyə "Fərat Qalxanı” hərəkatı dövründə və sonra Cerablusdan Azezə qədər 20-ya yaxın hərbi baza qurub. Türkiyə Silahlı Qüvvələri PKK üçün simvolik və strateji dəyəri olan Afrində əməliyyata hazırlaşır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol