• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq - FOTOLAR

Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq - FOTOLAR
11.08.2017 12:45
4 raket eyni anda buraxılacaq.

ABŞ və Şimali Koreya arasında gərginlik son həddə çatıb. Tərəflər bir-birini müharibə ilə hədələməyə davam edirlər. İstiPress-in məlumatına görə, Şimali Koreya Trampın "dünyanın görmədiyi alov və qəzəblə qarşılıq veriləcək" təhdidindən sonra daha da irəli gedərək Quamdakı hərbi bazaya hücum planını açıqlayıb.

Plana görə, 4 raket atıldıqdan sonra 17 dəqiqə ərzində bazaya çatacaq. 

Ordunun generalı Kim Rak-Gyom rəsmi xəbər agetnliyinə açıqlamasında hücum planının bu ayın ortasında tamamlanacağını deyib. İddiaya görə, 4 ədəd "Xvanson-12" raketi eyni anda havaya qaldırılacaq və Yaponiya üzərindən keçməklə Quama yönləndiriləcək. Raketlər 3356.7 kilometr məsafəni 17 dəqiqə 45 saniyədə qət edərək adanın 30- 40 km-liyinə düşəcək. 

General ABŞ prezidenti Donald Trampın  müharibə bəyanatını da şərh edib və bunu "axmaqlıq" adlandırıb. "Məntiqsiz bir adamla dialoq mümkün deyil. Ona ancaq güc təsir edər".

Şimali Koreyanın planından ən çox narahat olan isə Yaponiyadır. Rəsmi Tokionun müdafiə naziri Itsunori Onodera qonşusunun atacağı raketlərin ölkəsi üçün təhdid olduğunu deyib. O, bu vəziyyətdə Yaponiyanın özünü müdafiə haqqından istifadə edə biləcəyini və dənizdən havaya "Aegis destroyer" raketdən müdafiə sistemini aktivləşdirə biləcəyini deyib. 

Qeyd edək ki, Kim Çen Inın hədəfində olan Quamda Amerikanın Anderson aviabazası və Apra Xarbor hərbi dəniz bazası var. Buradakı amerikalı hərbçi sayı isə 7 mindir. Adanın ümumi əhalisi 160 min civarındadır. 

ABŞ prezidenti də sərt açıqlamalarının arxasında olduğunu gizlətməyib. Nyu Cersidə jurnalistlərin suallarını cavablandıran Tramp əvvəlki bəyanatının çox sərt olmadığını düşünür. "Şimali Koreya özünü yığışdırsa yaxşı olar. Yoxsa özlərini çox az ölkənin düşdüyü böyük bir bəlanın içində görəcək. Koreya narahat olsa yaxşıdır. Çünki imkansız olduqlarını düşündükləri şeylər başlarına gələcək".

Tramp jurnalistlərlə görüşündə Rusiya prezidenti Vlamdimir Putinə təşəkkür etməyi də unutmayıb. O, Rusiyanın sanksiyalara cavab olaraq ölkədəki amerikalı diplomatların sayını azaltmasına özünəməxsus şərh verib. "Ona təşəkkür etmək istəyirəm. Çünki xərclərimizi azaltmağa çalışırdıq". 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol