• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir
12.08.2017 09:42
Azərbaycan strateji əhəmiyyəti olduqca yüksək olan Naxçıvanda böyük hərbi qüvvə cəmləşdirir.

Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Britaniyada mənzillənmiş "Chatham House” analitik mərkəzinin Rusiya proqramlarının əməkdaşı, azərbaycanlı təhlilçi Zaur Şiriyevin EurasiaNet portalında dərc edilmiş məqaləsində deyilir.

Müəllif xatırladır ki, Naxçıvan Ermənistanın paytaxtı Yerevana və digər strateji hədəflərinə ən yaxın yerləşən Azərbaycan ərazisidir.

Bu baxımdan mümkün hərbi əməliyyatlar zamanı Naxçıvan da münaqişəninən qaynar nöqtələrindən biri olacaq.

Azərbaycan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradıb, habelə bu eksklav əraziyə yeni hava hücumundan müdafiə sistemləri, raketlər və artilleriya, o cümlədən "Smerç” reaktiv yaylım atəşi sistemləri, "T-300 Kasırğa” uzaqvuran reaktiv sistemlər, T-122 "Sakarya” qaubitsaları yerləşdirib. Naxçıvan ərazisində vaxtaşırı olaraq Türkiyə ordusu ilə birgə təlimlər keçirilir.

Naxçıvanda böyük hərbi qüvvənin cəmləşdirilməsi Ermənistan tərəfindən diqqətlə izlənilir. "Biz unutmalı deyilik ki, hərbi əməliyyatların bərpa olunması təhdidi qarşısındayıq və düşmənin həmləsi istənilən istiqamətdən baş verə bilər”-müəllif erməni siyasi analitik Melik Şirinyanın bu fikirlərini sitat göstərir.

Bildirilir ki, Naxçıvandakı hərbi birləşmələrin yenidən təchiz olunması və təchizatı 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra başlayıb. Hansı ki, o vaxt Zakir Həsənov Naxçıvandakı hərbi birləşmələrin zabitlərinin sıralarını "silkələyib”, prezident İlham Əliyev muxtar respublikada silahlı birləşmələrin möhkəmləndirilməsinə dair sərəncam verib.


Zaur Şiriyevin yazdığına görə, hazırda Naxçıvanda 20 minə qədər hərbçi, o cümlədən on minlərlə ehtiyat qüvvə, 400-ə qədər zirehli transportyor, təyyarələr, hava hücumundan müdafiə və artilleriya sistemləri cəmləşdirilib. EurasiaNet-ə azərbaycanlı zabitlərdən biri anonimlik şərti ilə deyib ki, Naxçıvanda stavka kəmiyyətə yox, keyfiyyətədir. "Dəyişiklik aktiv personalın sayında deyil, strukturda, qüvvələrin hazırlığında və təhlükə zamanı qərarların qəbulunda daha böyük müstəqilliyin təmin olunmasındadır”-mənbə bildirib.

Naxçıvanda hərbi qüvvənin cəmləşdirilməsində Türkiyənin də mühüm rolu var. Türkiyə Qars müqaviləsinə əsasən Naxçıvana qarant ölkədir. Hər il keçirilən hərbi təlimlərlə Türkiyənin Naxçıvan regionundakı rolu və əhəmiyyəti nəzərə çaprdırılır. Bundan əlavə Azərbaycanla Türkiyə arasında centlmen razılaşması da var: təhlükəsizlik məsələləri ilə məşğul olan türk hərbçiləri və mülki şəxsləri Azərbaycana gələndə Naxçıvana da baş çəkirlər.

Müəllif qeyd edir ki, muxtar respublikada hərbi qüvvələrin cəmləşdirilməsi ötən il Rusiyanın Ermənistana "İsgəndər” raketləri verməsindən sonra yeni stimul qazanıb. Belə ki, Ermənistanın "İsgəndər”lərinə qarşı Azərbaycan əsas stavkanı Naxçıvana edir və muxtar respublikadan Ermənistan ərazisinə güclü zərbələr endirilməsini nəzərdən keçirir. Naxçıvan sərhədlərindən Yerevana qədər cəmi 60 kilometr məsafə var. Bu isə o deməkdir ki, Azərbaycanın "Smerç"ləri (90 km mənzilli) və "Qasırğa”ları (100-120 km mənzilli) asanlıqla Ermənistan paytaxtını vura bilər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol