• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid polkovnikin oğlu atasının arzusunu çin etdi

Şəhid polkovnikin oğlu atasının arzusunu çin etdi
13.08.2017 11:24
2016-cı ilin "Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucovun böyük oğlu Aqşin Orucov tələbə adını qazanıb. Belə ki, o, Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

AzVision.az xəbər verir ki, şəhidin həyat yoldaşı Sevinc Alızadə modern.az-la təəssüratlarını bölüşüb.

O bildirib ki, Raquf Orucov da övladının bu universitetə qəbul olunmasını istəyirdi: "Aqşin 600 bala namizəd uşaq idi. Bunu müəllimləri də təsdiqləyirdi. Lakin övladım çox həyəcanlanır, stress keçirirdi, buna görə müalicə də aldı. İmtahandan pis vəziyyətdə çıxdığını gördük. Digər tərəfdən imtahan çətin olduğu üçün ümidimizi itirmişdik. O da həvəsdən düşmüşdü. Düşünürdük ki, 600 balı yığa bilməyəcək. Təqribən 550-yə yaxın bal yığmışdı. Düzdür, digər universitetlərin də özünəməxsus perspektivləri var, amma biz ADA universitetini istəyirdik. Bu səbəbdən ixtisas zamanı ilk yerə həmin təhsil ocağının adını yazdıq.

Ora qəbul olmaq Aqşinin ən böyük arzusu idi. Həmişə ona "Azərbaycanda oxusan, təkcə ADA-da oxuyacaqsan, yoxsa səni heç bir yerdə oxutmayacağam. Dəfələrlə hazırlaşıb yenə də ora qəbul olacaqsan” deyirdim. İnanın ki, ümidimizi kəsdiyimiz üçün Aqşinin sənədlərini hətta Türkiyəyə də verdik. Başqa bir universitet düşünmürdük”.

Sevinc Alızadə deyib ki, bunu Aqşinin atası da çox istəyərdi.

"O, həmişə Aqşinə deyirdi ki, çalış oranı qazanasan. Hətta şəhid olmamışdan üç gün qabaq zəng edib "Aqşinə de, oxusun. Mən ona görə çöllərdəyəm və onların yaxşı yaşaması üçün əziyyət çəkirəm” dedi.

Bu gecə ikimiz də həyəcanlı idik, yatmamışdıq. Şükür ki, oğlum istədiyi yerə qəbul ola bildi. O, həm atasının, həm də özünün arzusunu reallaşdırdı”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol