• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəman Çingiz Qurbanovun Qusarda barelyefi açıldı

Milli Qəhrəman Çingiz Qurbanovun Qusarda barelyefi açıldı
15.08.2017 14:17
Barelyef onun adını daşıyan küçədə qoyulub

Meyiti 39 gün qarşı tərəfdə olan və girov götürülərkən xüsusi şücaət göstərmiş Çingiz Qurbanovun doğulduğu Qusar rayonunda xatirə barelyefinin açılışı olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, barelyef onun adını daşıyan küçədə qoyulub. Rayon icra hakimiyyətinin dəstəyi ilə inşa edilən mərmərdən olan barelyefin hər iki tərəfinə Azərbaycanın Milli Ordusu və hərb siyasəti ilə bağlı Heydər Əliyevin və İlham Əliyevin sözləri həkk edilib. Açılış mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın valideynləri, sakinlər iştirak edib. Qusarın icra başçısı Şair Alxasov Çingizin adının nəinki Qusarın, bütün Azərbaycanın hərb tarixinə xüsusi     olaraq yazıldığını deyib. Bildirib ki, Çingiz Qurbanovun şücaəti və əzmi bütün gənclərimizə gözəl nümunədir. Qusardan seçilən millət vəkili Azər Badamov da çıxışında igid hərbçinin Azərbaycana baş ucalığı gətirən qəhrəmanlığı ilə hər bir qusarlının öyündüyünü bildirib. Ləzgi xalqının nümayəndəsi olan Çingiz Qurbanovun atası Salman Qurbanov oğlunun adına qoyulan hörmət və qayğıya, diqqətə görə prezident İlham Əliyevə, onun Qusardakı nümayəndəsi Şair Alxasova, digər məsul qurum təmsilçilərinə minnətdarlıq edib.

Xatırladaq ki, meyiti Azərbaycan tərəfinin apardığı danışıqlardan sonra geri alınan və fevralın 6-da Qusar şəhidlər xiyabanında dəfn olunan, 23 yaşlı Çingiz Qurbanovun igidliyi ölkə rəhbərliyi tərəfindən xüsusi qiymətləndirilib.

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz doğma rayonu Qusarda da xüsusi hörmət və diqqətlə anılmaqdadır. Qusarın icra başçısı Şair Alxasov şəhərin mərkəzi küçələrindən birinə Çingiz Qurbanovun adının verilməsi barədə sərəncam imzalayıb. Ailəsi Qusar şəhərində torpaq sahəsi, prezidentin tapşırığı ilə Bakının Xətai rayonunda isə mənzillə təmin edilib. Milli Qəhrəmanın oxuduğu Həzrə kənd məktəbinə də igid hərbçinin adı verilib.

Məlumat üçün deyək ki, Çingiz Qurbanovun qardaşına isə DTX-də iş verilib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol