• $
  • €
  • ₽
  • ₺
  • £

NATO-nun Ermənistan üzərindən həyata keçirdiyi məxfi Qarabağ planı

NATO-nun Ermənistan üzərindən həyata keçirdiyi məxfi Qarabağ planı
16.08.2017 11:07
Rusiyanın ermənipərəst "Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğundan, Şimal Alyansının Ermənistanın xeyrinə olmayan məxfi Qarabağ planının mövcudluğundan danışıb.

Publika.az xəbər verir ki, Ermənistan mediasına açıqlama verən M.Kolerov İrəvanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılmasının sirrini açıb.

Bildirib ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya və Ermənistan arasında birləşdirilmiş qoşun qruplaşması haqda razılaşmanın Moskva tərəfindən təsdiq edilməsi ilə eyni ana təsadüf etdi: "Görünür, Ermənistan NATO təlimlərində iştirak etməyi əvvəlcədən planlaşdırıb. Bu, Rusiya ilə yaradılacaq birləşmiş qoşun qrupunun neytrallaşdırılması gedişidir. Lakin bu, ilk növbədə Ermənistanın özünün ziyanınadır”.

M.Kolerov hesab edir ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya ilə yaradılacaq birləşmiş qoşunun gücünü ikiqat zəiflətdi: "Çünki Ermənistan özü danışırdı ki, Azərbaycan birləşmiş qoşun qrupundan qorxacaq. NATO-ya doğru əyilmə isə bu iddianı sıradan çıxarır və hesab etməyə imkan verir ki, Rusiya ilə birləşmiş qoşun lazım deyil”.

Onun fikrincə, NATO ona yaxınlaşan Ermənistanı Azərbaycan və Türkiyə ilə barışdırmaq istəyəcək.

"Yəni, regionda güclənmək üçün Dağlıq Qarabağ münaqişəsinin və sərhəd probleminin həllinə çalışacaq. Bu, Ermənistanın özünün ziyanınadır”, - deyə o bildirib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol