• $
  • €
  • ₽
  • ₺
  • £

Mütəllibov Mehriban Əliyevanın namizədliyini dəstəkləyir

Mütəllibov Mehriban Əliyevanın namizədliyini dəstəkləyir
26.08.2017 20:29
"Mənim siyasi partiya yaratmaq niyyətim yoxdur. Ancaq seçkilərdə Mehriban xanım Əliyevanın namizədliyini dəstəkləməyə hazıram”.

Bunu eks-prezident Ayaz Mütəllibov ölkə.az saytına müsahibəsində deyib.

"Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməyinə çox müsbət baxıram. Mehriban xanımın namizədliyi üçün bütün dəstəyi verməyə də hazıram. Hətta, Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun Prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilərəm. Misal üçün, xalqa başa salmaq olar ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizəd olması Azərbaycana hansı töhfələri verə bilər” – keçmiş prezident bildirib.

Mütəllibov deyib ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinə dəstək verməyə hazır olduğuna görə hansısa tənqidlərlə üzləşməkdən çəkinmir. "Mən bir şəxsiyyət və vətəndaş kimi Mehriban xanım Əliyevaya prezidentliyə namizəd olması üçün açıq dəstək verməyə hazıram” – o vurğulayıb.

Vurğulamaq yerinə düşər ki, Ayaz Mütəllibovun barəsində danışdığı mövzuya – növbəti seçkilərdə hakim partiyanın namizədinin kim olacağı məsələsinə hakimiyyətin son dərəcə ehtiyyatlı münasibəti var. Bu barədə danışmağı da, danışanları da sevmirlər. Hakimiyyət ideoloqlarının fikrincə, hazırda namizədlik məsələsini gündəmə gətirmək onların maraqlarına cavab vermir. Bunun üçün kifayət qədər zaman var. Qəti qərar qəbul edildikdən sonra bu barədə danışmaq olar. Lakin göründüyü kimi, Ayaz Mütəllibov namizədlik məsələsi ilə bağlı çox həvəslə və ətraflı danışıb. Üstəlik, bunu məhz PA-nın nəzarəti altında olan KİV-lərə müsahibəsində deyib.

Maraqlıdır, bundan belə nəticə çıxarmaq olar ki, hakimiyyət prezidentliyə namizədliklə bağlı müzakirələrin başlanmasında maraqlıdır, yoxsa bu kiminsə özfəaliyyətidir? Hər halda Ayaz Mütəllibovun özfəaliyyətlə belə məsələləri gündəmə gətirdiyi o qədər də inandırıcı deyil…

Rasim ƏLİYEV
azpolitika.info

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol