• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni deputatların Bakıya gəlməsinə icazə veriləcək? - AÇIQLAMA

Erməni deputatların Bakıya gəlməsinə icazə veriləcək? - AÇIQLAMA
30.08.2017 13:40
Xəbər verdiyimiz kimi, Ermənistanın "Hraparak" qəzeti bu ölkənin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin sentyanbrın 20-də Azərbaycana gələcəyi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, nümayəndə heyətinə Respublika partiyasının sədr müavini Armen Aşotyan rəhbərlik edəcək.

Qeyd edilib ki, erməni nümayəndə heyəti Bakıda keçiriləcək plenar iclasda iştirak edəcək

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov AzVision.az-a bildirib ki, Avronest PA katibliyinin dəstəyi və Azərbaycan nümyəndə heyətinin təklifi ilə bu ilin sentyabr ayında Bakıda "Qaçqın və Məcburi köçkünlər” mövzusunda seminar keçirilməsi nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, tədbirin siyahısı həftənin sonuna qədər tam formalaşacaq:
"Avronest Parlament Assambleyasının üzvlərinin həmin tədbirdə iştirakı sərbəstdir. Belə ki, onlar müraciət edirlər və iştirak edirlər. Ermənistan mətbuatının bu məlumatı haradan götürdüyünü dəqiq bilmirəm. Son siyahı hələ bəlli deyil”.

F.Muradov vurğulayıb ki, Avronest PA-nın komitə iclası zamanı bizim nümayəndə heyəti təşəbbüs irəli sürə bilər: "Bizim müzakirə etmək istədiyimiz mövzu və müraciət edirik ki, bununla bağlı əlavə seminar təşkil olunsun. Biz hüququmuzdan istifadə edirik. Bu ilin fevral ayında büro iclasında dünyada qaçqın və məcburi köçkün problemləri olduğunu diqqətə çatırdıq. Təklif etdik ki, Bakıda belə bir tədbir keçirilsin. Büro üzvləri və Avropa Parlamentinin deputatları təklifimizi dəstəklədilər”.

Deputat sözügedən tədbirin sentyabrın 22-də keçiriləcəyini qeyd edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol