• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvana qoşun yığılması Ermənistanda təşviş yaradıb

Naxçıvana qoşun yığılması Ermənistanda təşviş yaradıb
01.09.2017 15:50
Azərbaycanın Naxçıvan bölgəsinə böyük hərbi qüvvə cəmləşdirməsi faktı Ermənistanda ciddi narahatlıq və təşvişə səbəb olub.

Xəbər verildiyi kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sərəncamında yüzlərlə tank və digər zirehli texnika, böyük dağıdıcı güc malik olan "Smerç” və "Kasırğa” reaktiv-yaylım atəşi sistemləri, ən müasir radioelektron mübarizə vasitələri, pilotsuz kəşfiyyat və zərbə aparatları, çoxsaylı artilleriya qurğuları mövcuddur. Bu günlərdə isə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin Naxçıvanda dislokasiya olunmuş Su-27 hücum-bombardmançı təyyarələrinin uçuşlarını nümayiş etdirdi.

Naxçıvan Azərbaycanın Ermənistan paytaxtına ən yaxın ərazisidir və oradan yerevana cəmi 90 kilometr məsafə var. Nəticədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasındakı vasitələr Yerevana, o cümlədən Ermənistanın içərilərindəki digər hədəflərə dağıdıcı zərbələr endirməyə imkan verir. Bu səbəbdən neçə gündür erməni medası, ekspert çevrələri və sosial şəbəkə istifadəçiləri Naxçıvandakı cəmləşməni müzakirə edirlər.

Virtualaz.org xəbər verir ki, bu gün Yerevanda müdafiə nazirinin müavini Artak Zakaryana da Azərbaycan ordusunun Naxçıvanda cəmləşməsi haqda sual veriblər və ondan soruşublar: Ermənistan bununla bağlı KTMT-yə müraciət etməyə hazırlaşırmı?

Zakaryan deyib ki, hələlik Azərbaycanın Naxçıvan istiqamətində dövlət sərhədi boyu hərbi texnika cəmləşdirməsi ilə bağlı KTMT-yə müraciət etməyə ehtiyac yoxdur. "Bu gün belə zərurət yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin o cümlədən Naxçıvan istiqamətində silah-texnika cəmləməsi bizim üçün yenilik deyil. Hər şey nəzarət altındadır”-Zakaryan erməni ictimaiyyətində yaranmış təşvişi azaltmağa çalışaraq deyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol