• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan heç nədir

Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan heç nədir
03.09.2017 14:32
Türkiyə Böyük Millət Məclisi Milli Müdafiə Komissiyasının üzvü, Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili Dursun Çiçəkin APA-ya müsahibəsini təqdim edirik. 


-Bir il əvvəl Suriyada həyata keçirilən "Fərat qalxanı” əməliyyatı davam edərkən bizə verdiyiniz müsahibədə Türkiyənin qərarlı şəkildə separatçıları bölgədən təmizləməsinin vacibliyini vurğulamışdınız. Gəldiyimiz nöqtədə Türkiyə orada yeni bir əməliyyata hazırlaşdığını təkidlə bəyan edir. Vəziyyəti necə dəyərləndirirsiniz?



- "Fərat qalxanı” əməliyyatının əsas məqsədi bölgədə Türkiyə üçün təhdid yarada biləcək separatçı qüvvələrin oradan uzaqlaşdırılması və Türkiyənin Orta Şərqə açılan quru yolu qapısının təhlükəsiz vəziyyətdə olmasıdır. Əməliyyat öz məqsədinə çatdı, separatçı-terrorçu qüvvələr oradan uzaqlaşdırıldı. Ancaq indiki mərhələdə onlar yenidən imperialist qüvvələrdən dəstək alaraq Türkiyənin cənub sərhədlərində qarışıqlıq yaratmağa çalışırlar. Afrin bölgəsi PKK terror təşkilatının bazasıdır, onlar oradan bizim tərəfə keçərək sərhədyanı vilayətlərimizdə terror aktları törədirlər. İmperialistlərin indiki mərhələdəki əsas məqsədi oradan Türkiyəni mühasirəyə alaraq qurmağı planlaşdırdıqları kürd dövlətinə dəhliz açmaqdır. Bunun üçün ordumuz maksimum dərəcədə güclü səviyyəyə gətirilməlidir ki, planı həyata keçirmək üçün maşa kimi istifadə edilən terrorçu qruplar bizdən qorxsunlar. Əsas şərt budur.



-Türkiyənin Cənub və Cənubi-Şərq sərhədlərinin o tərəfində bu cür sıxıntılı vəziyyətlər olduğu halda, Şimalda Rusiya ordusunu Qafqazdakı vassalı olan Ermənistanın ordusu ilə birləşdirdi. Türkiyə baxımından bu vəziyyət necə təhlil edilməlidir?



-Burada Türkiyə üçün hər şeydən önəmli məsələ- Azərbaycanın erməni işğalı altında olan torpaqlarının azad edilməsidir. Ermənistan və ermənilərin Qərb diasporası işğal altında olan Azərbaycan torpaqları probleminin gündəmə gəlməməsi üçün Türkiyəyə qarşı 1915-ci il böhtanlarını irəli sürürlər. Türkiyə ilə Azərbaycanın əsas strateji hədəfi - Rusiyanın Ermənistanın arxasından çəkilməsinə nail olmaqdır. Bunun üçün lazım gəlsə, pərdə arxasında Rusiyanı istəməyən Ermənistan müxalifətinə yollar da göstərilməlidir. Mən qardaş Azərbaycanın Qarabağ bölgəsinə dəfələrlə getmişəm. Ermənistanın orada hər hansı gücündən söhbət gedə bilməz, Azərbaycanın hərbi üstünlüyü açıq-aşkardır, Ermənistan isə sadəcə Rusiyaya arxalanır. İqtisadi cəhətdən zəif olan Ermənistanın orada uzun müddət qalması mümkün deyil. Əsas məqsəd -Rusiyanın bölgədən uzaqlaşmasına nail olmaqdır.


- Bəs yaranmış vəziyyətdə Türkiyə ilə Azərbaycan öz hərbi potensiallarından müştərək şəkildə necə istifadə etməlidirlər?


- Türkiyə ilə Azərbaycan "Bir millət, iki dövlət”dir. Hazırda hərbi sahədəki münasibətlər yaxşı səviyyədədir və yüksələn xətlə inkişaf edir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq səmərəlidir, müştərək hərbi təlimlər keçirilir. İndiki halda Azərbaycan NATO-ya üzv olmasa da bir çox planlarını ən müasir şəkildə Türkiyə ilə birlikdə reallaşdıra bilər. İqtisadiyyatı zəif olan Ermənistanın hərbi xərclərinin əvvəl-axır tükənəcəyini görmək üçün münəccim olmağa ehtiyac yoxdur. Təkrar edirəm: əsas strateji hədəf Kremlin İrəvandan öz dəstəyini çəkməsinə nail olmaqdır. Türkiyə ilə Azərbaycan bütün sahələrdə münasibətlərini dərinləşdirərkən bəhs etdiyim strateji hədəf üzərində də səbirlə çalışmalıdır. Ermənistan ordusunun Rusiyaya birləşdirilməsinə veriləcək ən düzgün strateji cavab da bu olacaq.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol