• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan Azərbaycana gəldi və qapalı Qarabağ müzakirələri başladı

Sarkisyan Azərbaycana gəldi və qapalı Qarabağ müzakirələri başladı
08.09.2017 11:35
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda planlaşdırılan görüşü qüvvədədir. Ermənistan xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, görüş güman ki, sentyabrın 20-də keçiriləcək.

Publika.az bildirir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün keçiriləcəyi tarixi açıqlamasa da, Edvard Nalbandyanla işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması məsələsini müzakirə edəcəklərini söylədi.

"Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”, - deyə Azərbaycanın baş diplomatı bununla qarşıdakı görüşdə Bakının mövqeyini də açıqlamış oldu.

Bakının mövqeyi aydındır, çox güman ki, İrəvan da Nyu-Yorkda ərazilərin qaytarılması məsələsi üzərində ciddi dayanılacağını anlayır və buna hazırlaşır.

Ermənistanın "Aykakan jamanak” qəzetinin İrəvanda Qarabağla bağlı aparılan müzakirələr və hazırlanan planlar haqda yazdıqları görüş öncəsi diqqət çəkir.

Qəzet diplomatik mənbələrə istinadən xəbər verir ki, yaxın vaxtlarda Qarabağla bağlı ciddi hadisələr olacaq: "Lakin konkret nəyin baş verəcəyini demək hələlik çətindir. Bu faktdır ki, ABŞ, Avropa İttifaqı və Rusiyanın şəxsində Ermənistanla bağlı ciddi proseslər gedir. Onların hər biri Qarabağ münaqişəsində öz maraqlarını təmin etməyə çalışır”.

Qəzet qeyd edir ki, İrəvanda müxtəlif səviyyələrdə Qarabağla bağlı qapalı müzakirələr aparılır.

"Serj Sarkisyanın Qarabağa 4 günlük səfəri də təsadüfi deyildi. Doğrudur, Sarkisyan rəsmi tədbirlərdə iştirak üçün ora getdi, lakin onun 4 gün Qarabağda qalması münaqişə ilə bağlı aparılan danışıqların müzakirə edilməsi məqsədi daşıyırdı. Həmçinin, müharibə variantı da müzakirə edilən məsələlər sırasındadır. Bundan başqa, Ermənistan parlamentində Daşnaksütyun partiyasının təşəbbüsü ilə "rəqibin və bizim hərbi-siyasi çağırışları” adlı qapalı forum keçirildi. Bir gün əvvəl isə Bako Saakyan Xankəndində daşnakların nümayəndəsi Akop Ter-Xaçatryanla görüşdü”, - deyə erməni nəşri vurğulayır.

Qəzet təmas xəttində təhlükəli sakitliyin hökm sürdüyünə diqqət çəkir və bunun Ermənistan üçün ciddi təhdid olduğunu vurğulayır: "Azərbaycan son iki ayda hərbi variantı arxa plana keçirib və Bakının belə taym-aut götürməsi Ermənistan üçün heç də yaxşı deyil. Ehtimal ki, Ermənistanın qarşısında Qarabağla bağlı sonuncu şərt qoyulub və Bakının gözləmə mövqeyi də bununla bağlıdır”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol