• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa getmiş türk yazıçıları gözləyən bəla

Qarabağa getmiş türk yazıçıları gözləyən bəla
29.09.2017 12:31
Ermənistanda "Türkiyə ziyalıların bir qrupu” adlandırılan türk yazıçılarının Dağlıq Qarabağda nə iti azmışdı?

Azərbaycan baş prokurorluğundan bildiriblər ki, özünü yazıçı adlandıran 4 nəfər Türkiyə vətəndaşı Ermənistanın rəsmi dairələri ilə əlaqəyə giriblər və Azərbacanın işğal edilmiş torpaqlarına icazəsiz səfər ediblər.

Erməni mətbuatı yazır ki, Ufuq Aras, Ali Bayramoğlu, Said Çekin və Erol Katırcıoğlu  heç kimin tanımaq istəmədiyi işğal reciminin rəhbərliyi tərəfindən çox mehriban qarşılanıblar. Təbii ki, erməni tərəfi türk qonaqlara neçə günahsız və yaxşı adamlar olduqlarından, sadəcə azadlıq istədiklərindən, özü də, buna sülh yolu ilə naili olmaq istədiklərindən bəhs ediblər. Yəqin iddia ediblər ki, onları müharibə yoluna sülh istəməyən azərbaycanlılar sövq ediblər.
Təbii ki, ermənilər Azərbaycan xalqını düçar etdikləri əzablar, Xocalı soyqırımı barədə  bir kəlmə də danışmayıblar. Düşünmürəm ki, çox sayda Azərbaycan vətəndaşını öldürmüş ermənilərlə belə görüşlər bu yazıçıların yaradıcılığına nəsə müsbət təsir göstərəcək. Amma düşünürəm ki, Türkiyənin özündə də onların işğal edilmiş Azərbacan ərazilərinə yaradıcılıq ezamiyyəti qəzəbə səbəb olacaq.

Azərbaycanda Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi qaldırılıb. Türkiyə hüquq-mühafizə orqanlarına onların həbsi ilə bağlı müraciət göndərilib. Türkiyənin bu "ziyalı qrupunun” üzvlərinə qarşı beynəlxalq axtarış da elan ediləcək.

Mais Məmmədov
əməkdar jurnalist 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol