• $
  • €
  • ₽
  • ₺
  • £

UNİCEF: Azərbaycanda özəl şirkətlər analarla bağlı qanunvericiliyi pozur

UNİCEF: Azərbaycanda özəl şirkətlər analarla bağlı qanunvericiliyi pozur
02.10.2017 16:20
"UNİCEF və Səhiyyə Nazirliyinin ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olma səbəbləri ilə bağlı çevik qiymətləndirməsi nəticəsində məlum olub ki, bəzi insanlar ana südünün körpə üçün faydasının nədən ibarət olduğunu bilmir".

anews.az Report-a istinadən xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib.

O qeyd edib ki, səhiyyə müəssisələrində analara həkimlər tərəfindən verilən məlumatlarla süni qidaların reklamlarındakı məlumatlar arasında ziddiyyət var və bu da analarda çaşqınlıq yaradır: "Ana südü ilə qidalanma uşağın ilk peyvəndi hesab olunur və onu bir sıra ciddi xəstəliklərdən qoruyur. Bundan başqa, bu gün anaların ölümünə səbəb olan döş və yumurtalıq xərçəngindən qoruyur.

Uşaqların ana südü ilə qidalandırılması asan proses deyil. Analar qidalanmadan əlavə, iş, təhsil, ailəyə diqqət kimi önəmli məsələlərlə məşğuldurlar. Bunu nəzərə alaraq, körpənin ana südü ilə qidalanması üçün cəmiyyətin bütün üzvləri anaya dəstək verməlidir.

Hazırda Azərbaycanda analara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli deyil. Bundan əlavə, bir çox süni uşaq qidası satan şirkətlər onun güclü təbliğatını aparır. Bu isə ana südü ilə qidalanma göstəricisinə mənfi təsir edir. 

Digər tərəfdən, özəl şirkətlər də qanunvericiliyin tələblərinə riayət etmir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol