• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF

Moskva Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF
04.10.2017 12:10
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail olacaqlar. 

Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası "Lavrov planını” yenidən gündəmə gətirir. Ermənistan mediası isə yazır ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, daha sonra yekun statusun müzakirəyə çıxarılmasını nəzərdə tutan "Lavrov planı” razılaşdırılacaq. Əks təqdirdə müharibə qaçılmazdır və yeni toqquşma istəməyən Rusiya İrəvanı buna məcbur edəcək.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Aram Amatuni bu plana razı olmayacağı təqdirdə Sarkisyanın Rusiya tərəfindən devrilə biləcəyini yazıb.

Onun sözlərinə görə, görüş ərəfəsində Sarkisyana Rusiyadan psixoloji təzyiqlər artır: "Məsələ ondadır ki, prezidentlərin görüşü danışıqlar prosesində yeni mərhələ ola bilər. Ən azından danışıqların daha aktiv davamı başlanacaq. ABŞ və Fransa həmsədrləri qabağa düşərək, prezidentlərin görüşünü təşkil etməyə çalışır. Lakin onların təşkil edəcəyi danışıqlar sadəcə olaraq yamsılama olacaq və əsas məqsəd yeni toqquşmaların qarşısını almaqdır. Bakı bunu yaxşı anlayır və imitasiya danışıqları ona sərf etmir. Digər tərəfdən, regionda sabitlik Rusiyanın marağında olsa da, Moskva təşəbbüsü əldən vermək istəmir. Buna görə də prezidentlərin görüşünü təşkil etmək və müəyyən ciddi irəliləyişə nail olmaq üçün Ermənistana təzyiq edir”.

A.Amatuni qeyd edir ki, Ermənistan hazırda kifayət qədər gərgin mərhələyə daxil olur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol