• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-in sessiyasında erməni deputatla qalmaqal

ATƏT-in sessiyasında erməni deputatla qalmaqal
06.10.2017 09:37
ATƏT Parlament Assambleyasının Andorrada keçirilən payız sessiyasının bağlanışında bütün dünya bir daha erməni həyasızlığının şahidi olub.

 Azərtac xəbər verir ki, sessiyada çıxış edən erməni nümayəndə heyətinin üzvü yenidən Azərbaycan mətbuatında və dərsliklərində ermənilərin düşmən obrazında göstərildiyini qeyd edərək, ölkəmiz ilə Ermənistan arasında yanlış müqayisə aparmağa çalışıb. Moderatorun erməni deputatdan reqlamentə uyğun olmayan çıxışını bitirməsini tələb etməsinə baxmayaraq, o, öz nitqini söyləməkdə davam edib. Lakin moderatorun bir neçə kəskin xəbərdarlığından sonra erməni deputatın çıxışı dayandırılıb.

İsrarlı tələblərdən sonra bağlanış sessiyasının əvvəlində söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova vurğulayıb ki, sözdə sülhdən bəhs edən erməni deputatlar bu cür qeyri-ciddi iddiaları ilə sessiyanın gedişində gərginlik yaratmağa, müzakirə olunan vacib məsələlərin mahiyyətini kiçiltməyə, bununla da sessiyanın işinə maneə törətməyə cəhd edirlər: "Mən çox təəssüf edirəm ki, bizim konstruktiv müzakirələrimiz bu şəkildə bitməkdədir”.

Erməni deputatın iddialarına münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: "Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var. Ancaq biz burada polemika açıb mübahisə etmək niyyətində deyilik. İllər ərzində bu məzmunda qarşıdurmalar olmasına baxmayaraq, bu, heç vaxt müsbət nəticə verməyib. Buna görə də mən həmkarlarımızı vəziyyəti daha da gərginləşdirməyə təhrik edən çıxışlardan çəkinməyə çağırıram. Onsuz da onların təmsil etdikləri ölkənin nəzarəti altında olan Azərbaycanın işğal olunmuş ərazilərində və təmas xəttində daim bununla məşğuldurlar”.

Bahar Muradova daha sonra bildirib: "Əgər biz parlament ölçüsü olaraq ümumi səylərin gözlədiyimiz nəticəni verməsinə müsbət təsir edə bilmiriksə, onda heç olmasa əlavə problemlər yaratmayaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol