• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz” – General

“Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz” – General
16.10.2017 21:50
"100 milyon dollar silahlanma üçün çox az məbləğdir. Buna cəmi bir neçə texnika almaq olar. Məqsəd budur ki, Ermənistan Rusiyadan aldığı kreditlə bir-ik texnika alıb, "yeni silahımız var" deyə görüntü yaratmağa çalışacaq”.

Bunu AzVision.az-a hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Rusiyanın Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırmasına münasibət bildirərkən deyib.

"Biz texnikanın və silahların alınmasına yüz milyonlarla dollar xərcləyirik. Bundan əlavə texnikaların və müasir silahların Azərbaycanda istehsalına da böyük vəsait ayrılır. O baxımdan 100 milyon dollar cüzi vəsaitdir. Onlara 100 milyon bir dəfə ayrılır, amma Azərbaycan ordunun təkmilləşməsinə hər ay bir neçə yüz milyon dollar vəsait sərf edir. Həmçinin müasir texnikaların ölkəmizə gətirilməsi də bura daxildir”. 

General qeyd edib ki, Emənistan ordusu heç vaxt özünü Azərbaycan ordusu ilə müqayisə edə bilməz.

"Onlar Azərbaycan ordusunun aldığı müasir silah və texnikanın heç 10 faizini də ala bilməzlər. Bu baxımdan 100 milyon dollar vəsait heç bir əhəmiyyət kəsb etmir”-deyə Y.Aydəmirov vurğulayıb. 

Qeyd edək ki, Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol