• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT Mehman Əliyevə qarşı cinayət işinə xitam verilməsini alqışlayıb

ATƏT Mehman Əliyevə qarşı cinayət işinə xitam verilməsini alqışlayıb
02.11.2017 16:22
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir "Turan” xəbər agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı açılmış cinayət işinə xitam verilməsini alqışlayıb.

Anews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir. "Mən bu müsbət addımı alqışlayıram, ümid edirəm ki, bu agentlik tezliklə öz vacib işini davam edəcək və gələcəkdə heç bir təzyiq olmadan işləyəcək”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Vergilər Nazirliyinin bu il avqustun 25-də yaydığı məlumatda bildirilirdi ki, "Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar yoxlamanın nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Mehman Əliyev barəsində isə Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.

Bu gün cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqdan M.Əliyevə rəsmi məktub təqdim olunub. Məktubda qeyd olunur ki, "Turan İnformasiya Agentliyi" MMC barəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.1-ci maddələri ilə istintaq olunan cinayət işinə xitam verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol