• $
  • €
  • ₽
  • ₺
  • £

“Le Monde” Ermənistanın Metsamorunu Çernobılla müqayisə etdi

“Le Monde” Ermənistanın Metsamorunu Çernobılla müqayisə etdi
03.11.2017 12:00
Fransanın nüfuzlu "Le Monde Diplomatique” ("Diplomatik dünya") aylıq jurnalının noyabr buraxılışda yalnız regiona deyil, Avropaya da təhlükə olan Ermənistanın Metsamor AES-ə həsr olunmuş məqalə dərc olunub.

Anews.az məqalənin tərcüməsini təqdim edir:

"1986-cı ildə Çernobılda və 2011-ci ildə Fukusimada baş verən qəzalar bütün dünyaya atom enerjisinin nə dərəcədə təhlükəli olduğunu göstərdi. Lakin əgər inkişaf etmiş ölkələr üçün ekoloji təhlükəsizlik naminə də olsa, atom enerjisindən imtina çətindirsə, nüvə reaktorları hətta seysmik zonada yerləşsə belə, Ermənistan kimi kasıb iqtisadiyyatı olan ölkələr üçün bu, demək olar ki, qeyri-mümkündür.”

Metsamor Sovet İttifaqı dövründə Ərəbistan və Avrasiya plitələrinin geoloji toqquşması hissəsində inşa edilib. Bu, yüksək seysmik zonadır. 400 MV gücə malik ilk blok olan WWER-440 1976-cı ildə, eyni gücə malik ikinci blok isə 1979-cu ildə şəbəkəyə qoşulub. 1988-ci ildə 6,9 ballıq zəlzələ nəticəsində Metsamordan cəmi 70 km aralıda yerləşən Spitak şəhəri dağılıb. O zaman hökumət təhlükəsizlik tədbiri kimi hər iki reaktorun fəaliyyətini dayandırmaq qərarına gəlib. 

Armavir yaxınlığında yerləşən Metsamor AES-in girişinin 100 metrliyində qadınlar tağlardan tərəvəz yığırlar. Qadınlar vedrələrini pomidorla doldurub evlərinə qayıdırlar. Onların ərləri elektrostansiyada çalışırlar. Düşünürlər ki, elektrostansiyanın yaxınlığında yaşamaq və işləmək təhlükəsizdir. Lakin onlar, əslində, vəziyyətin nə yerdə olduğunu bilsəydilər, bu qədər sakit olmazdılar.

1991-ci ildə müstəqilliyini elan edən Ermənistan ciddi enerji çatışmazlığı ilə üzləşdi. Dağlıq-Qarabağ münaqişəsi isə vəziyyəti daha da ağırlaşdırdı. 1995-ci ildə hökumət həm bölgədə, həm də Avropada ikinci bloku işə salmağa qərar verdi. "Bu atom elektrostansiyası köhnəlməsi və güclü seysmik fəal zonada yerləşməsi səbəbindən əvvəlki kimi, bütün Avropa üçün təhlükə mənbəyidir,” – deyə Avropa İttifaqının nümayəndəsi, bu məsələ üzrə mütəxəssis yazıb. O, enerji blokunun bağlanılması üçün 100 milyon avro məbləğində kömək təklif edib. Lakin Ermənistan hökuməti bu məbləği az hesab edib...”  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol