Şəhidimizin anası: "Heyf, Tural övladını qucağına ala bilmədi" - FOTO

"Sabah Turalın oğlunun 40-ı çıxacaq. Allah bütün uşaqları xoşbəxt etsin. Turalımın Turalı da xoşbəxt olsun".
Şəhidimizin anası nəvəsinin səhhətinin normal olduğunu bildirib.
"Şükürlər olsun ki, uşağın səhhəti normaldır. Amma Tural aramızda deyil. Turalın yoxluğu mənə çox pis təsir edir. Övlad itirmək böyük dərddir.Özümə yer tapa bilmirəm. Bircə təsəllim Turaldan bizə yadigar qalan nəvəmin olmasıdır. Heyf, Tural övladını qucağına ala bilmədi".
Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























