• $
  • €
  • ₽
  • ₺
  • £

“Əgər Rusiya-Qərb qarşıdurması olmasaydı, Qarabağ münaqişəsi həll edilərdi”

“Əgər Rusiya-Qərb qarşıdurması olmasaydı, Qarabağ münaqişəsi həll edilərdi”
06.11.2017 10:36
"Əgər Rusiya-Qərb arasında mövcud gərgin vəziyyət olmasaydı, onlar münaqişə tərəflərinə təzyiq göstərməklə Dağlıq Qarabağ münaqişəsini güzəştli yolla həll edərdilər. Lakin, hazırda nə Rusiya nə də Qərbin belə bir fikri yoxdur. Dağlıq Qarabağ münaqişə tərəfləri bir-birinə güvənmədiyi təqdirdə tənzimlənmə prosesi getdikcə mürəkkəbləşir”. 

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Humanitar Elmlər İnstitutunun professoru, politoloq Sergey Markedonov erməni mətbuatına açıqlamasında bildirib. 

Markedonov, münaqişənin nə Rusiya üçün, nə də ABŞ üçün prioritet olmadığını deyib: "Bəlkə mənim dediyim başqa cür çıxar, lakin səmimidir. Kobud şəkildə desək, vəziyət belədir: əgər, çox atəş səsi gəlmirsə, deməli hər şey yaxşıdır. Tərəflər arasında baş tutan danışıqlarda irəliləyiş olacağını gözləmək isə, düzgün olmazdı”.

O, bununla belə danışıqların az əhəmiyyət kəsb etmədiyini və görüşlər baş verməyəcəyi təqdirdə müharibənin olacağını qeyd edib. 

"Siyasət mümkün olan sənətdir, bu fantaziya deyil. Hazırda tərəflərin qeyri-qarşılıqlı güzəştli yanaşmalarını nəzərə alarsaq, mövcud status-kvo ən yaxşısıdır. 2011-ci ildə Kazan zirvə toplantısından sonra obyektiv danışıqlar olmayıb. Bundan sonra, baş tutan istənilən görüş "gəlin müharibə etməyək” prinsipinə xidmət edib. Lakin, daha sonra gərginlik yenidən artıb”, - deyə politoloq bildirib. 

Politoloq münaqişənin həllinə dair Moskavanın Bakı və İrəvan siyasətinə də toxunub : "Ermənistan Rusiyanın strateji tərəfdaşı, Azərbaycan isə əhəmiyyətli tərəf müqabilidir. Çünki, Azərbaycan Dağıstanla həmsərhəddir. 

Rusiyanın strateji tərəfdaşı olan Ermənistan da az şey əldə etməyib. O daxili qiymətlərlə silah və Gümrüdə hərbi baza əldə edib. Ermənistanın NATO-ya doğru yolu yoxdur. Çünki Türkiyəni heç kim bu ittifaqdan uzaqlaşdırmayıb. Avropa Birliyi Azərbaycan və Ermənistan arasında da seçim etməyəcək. Rusiya əvəzinə elə indicə başqa vektor tapılacaq da demək düzgün deyil. Rusiyanın əvəzinə deyil, ancaq Rusiya ilə qarşılıqlı əlavə vektor tapmaq mümkündür”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol