• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ nəşri ermənilərin çirkin əməllərindən yazdı

ABŞ nəşri ermənilərin çirkin əməllərindən yazdı
12.11.2017 14:00
ABŞ-ın "International Policy Digest" nəşrində Amerika Erməni Milli Komitəsinin (AEMK) qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları komitəsi ilə əlaqəsi olan rəhbərləri haqqında məqalə dərc edilib.
Məqalə müəllifi Noa Ross yazır ki, AEMK ən böyük və olduqca təsirli siyasi təşkilatlardan biri kimi təkcə Vaşinqtonun siyasi dairələrinə təsir göstərmir, həm də tamamilə təbiidir ki, ölkənin siyasi sabitliyinə və hətta milli təhlükəsizliyinə təhlükə yaradaraq ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərir.

Müəllif qeyd edir ki, təşkilatın idarə heyəti sıralarında təzyiq göstərmək, silahlı hücum və terrorizm üstündə məhkum edilmiş şəxslər var. AEMK-in bu cür məşhur liderlərindən biri Murad Topalyandır. AEMK-nın press-relizlərinə və digər erməni saytlarının məlumatına görə, M.Topalyan ABŞ Konqresi üzvləri ilə görüşlərə cəlb edilib. O, Kapitoli təpəsində AEMK-nin qərb qanadının nümayəndə heyətinin tərkibində keçirilən görüşlərdə, şübhəsiz, mühüm rol oynayıb.
Yekun ittiham aktında federal hökumət orqanları M.Topalyanı ABŞ ərazisində ən azı dörd terror hadisəsi ilə - 1980-ci il oktyabrın 12-də BMT-nin qərargahı ərazisində bombadan istifadə etməklə terror aktı, 1981-ci il iyunun 3-də Los-Ancelesdə Anahaym konfrans mərkəzində, 1981-ci il noyabrın 20-də isə Beverli-Hillzdə Türkiyə konsulluğunun binasında partlayış törətməklə və nəhayət, 1982-ci il oktyabrın 22-də Türkiyənin Filadelfiyadakı fəxri konsuluna sui-qəsdlə əlaqələndirib.

2000-ci ildə AEMK məhkum edilmiş Murad Topalyana "erməni məsələsinin təbliği işində sadiqliyinə" görə "Azadlıq uğrunda mükafat" verib, onu "erməni tarixinin və erməni xalqı məsələsinin təbliğində liderliyin unikal brendi" kimi mədh edib.

Müəllif yazır ki, Amerika Erməni Milli Komitəsinin fəaliyyəti, həmçinin etnik ermənilərin rəhbərlik etdiyi bir neçə əcnəbi media-təşkilatı tərəfindən dəstəklənir. Bu media təşkilatları erməni maraqlarını güdməklə təhlükəsizlik sahəsində, məsələn, Ermənistanın adını 2000-ci illərin əvvəlində Corc Buş Administrasiyası yanında ABŞ Milli Təhlükəsizlik Nazirliyinin təhlükəli ölkələr siyahısından çıxarmaqla, silah alverinə, o cümlədən üçüncü ölkəyə qeyri-qanuni silah satmasına (belə ki, bu silahlar İraqda terrorçu qruplara verilib və onlar bu silahlardan 2000-ci illərin sonunda ABŞ əsgərlərini öldürərkən istifadə ediblər) görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısını almaqla Birləşmiş Ştatların milli maraqlarını pozmaq üçün işləyirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol