• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT: Qarabağ üzrə bütün addımlar müzakirə olunur

ATƏT: Qarabağ üzrə bütün addımlar müzakirə olunur
16.11.2017 12:00
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur.

AzVision.az xəbər verir ki, bunu Trend-ə ATƏT-in Avstriya nümayəndəliyindən deyiblər.

Qeyd olunur ki, ATƏT müvafiq müzakirələrin keçirilməsi üçün başlıca platformadır: "Biz oktyabrın 16-sı Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü diqqətlə izləmişik. Bundan sonra biz müsbət dinamikanı müşahidə edirik. Avstriya nümayəndəliyi ümid edir ki, bu istiqamətdə bərpa olunan fəaliyyət münaqişənin dinc yolla həlli üçün konkret addımlarla müşayiət olunacaq. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur və indi tərəflərin müvafiq qərar qəbul etmək növbəsidir. ATƏT həmsədrləri bu prosesə yalnız kömək göstərə bilərlər”.

ATƏT-in Avstriya nümayəndəliyindən bildiriblər ki, Cenevrə görüşündən sonra bütün səylər sülhün əldə olunmasına yönəldilməlidir: "2016-cı ildə Vyana və Sankt-Peterburq sammitləri zamanı etimadın möhkəmləndirilməsi üzrə konkret təkliflər verilmişdi. Bunların arasında ATƏT-in hazırkı sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi yer almışdı. Prinsip etibarilə, Ermənistan və Azərbaycan prezidentləri bu təkliflə razılaşmışdı”.

Bundan başqa vurğulanıb ki, ATƏT-in Avstriya nümayəndəliyi sülhün əldə olunmasına yönələn səyləri dəstəkləməyə hazırdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol