• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Şərqin ən böyük müharibəsinin astanasında

Azərbaycan Şərqin ən böyük müharibəsinin astanasında
06.12.2017 21:57
Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması çox riskli addımdır və Yaxın Şərqdə böyük müharibələrə səbəb ola bilər.

İstiPress-ə bu barədə müsahibəsində Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu, bəlkə də Donald Trampın indiyə kimi verdiyi ən təhlükəli qərardır: "Mən indiyə kimi Trampdan elə də ağıllı qərarlar görməmişəm, amma bu, onun ən azğın qərarıdır.  Bu, müsəlman dünyasına tüpürmək deməkdir. Bu, Yaxın Şərqi qan çanağına çevirə bilər. Bu, Anadolu türkləri demişkən, bardaqdakı suyu daşırdan son damla ola bilər”.

Donald Tramp bu gün dekabrın 6-da ABŞ-ın səfirliyinin Tel-Evivdən Qüdsə göçürülməsi barədə qərar verəcəyini bildirib. Bu, regiondakı müsəlman ölkələrinin ciddi narahatçılıığına səbəb olub. Konkret olaraq Türkiyə və Səudiyyə Ərəbistanı Donald Trampa müraciət edərək bu addımı atmamağa çağırıblar. Avropa Birliyinin liderləri Fransa və Almaniya da Donald Trampı bu qərardan daşınmağa çağırıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da çıxış edərək bunun Fədəstində sulhun bərqərar olmasına mane olacağını bildirib. 

Təbii ki, belə olan şəraitdə Azərbaycan da öz sözünü deməlidir. Amma eyni zamanda  Azərbaycanla İsraili sıx əməkdaşlıq birləşdirir. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun Ermənistan ordusu üzərində sürətli qələbəsində İsrailin verdiyi modern texnologiyaların da payı var.

Qabil Hüseynli də bu məsələni nəzərə almağa çağırır: "Təbii ki, biz bu məsələdə etiyatlı davranmalı və İsraillə əməkdaşlığımıza xələl gətirməməliyik. Amma bir müsəlman ölkəsi kimi Trampa da öz sözümüzü deməliyik”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol