• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: İqtisadiyyatımız sabitləşmə dövrünə qədəm qoydu

İlham Əliyev: İqtisadiyyatımız sabitləşmə dövrünə qədəm qoydu
18.12.2017 14:01
Prezident İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Anews.az xəbər verir ki, Keiko Honda təmsil etdiyi qurumun ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini, Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izlədiklərini və görülən işləri yüksək qiymətləndirdiklərini bildirib. Azərbaycanda iqtisadi çətinliklərin arxada qoyulması, ölkədə sabitliyə və inkişafa nail olunması münasibətilə təbriklərini çatdıran Keiko Honda Azərbaycan iqtisadiyyatının inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində əldə edilən uğurların önəmini qeyd edib.

Öz növbəsində, prezident İlham Əliyev Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib və təşkilat tərəfindən ölkəmizə ayrılan maliyyə vəsaitlərinin önəmini qeyd edib. Dövlət başçısı bu il Azərbaycanla Dünya Bankı Qrupu arasında əməkdaşlığın 25 illiyinin qeyd olunduğunu bildirərək ötən dövr ərzində Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi tərəfindən ölkəmizdə xarici investorların həyata keçirdiyi bir sıra mühüm investisiya layihələrinə, eləcə də qlobal əhəmiyyətli "Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyin önəmini vurğulayıb. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini qeyd edən dövlət başçısı TANAP layihəsi ilə bağlı işlərin qrafikə uyğun, uğurla həyata keçirildiyini və vaxtında tamamlanacağını bildirib.

Prezident deyib ki, bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub.

"İqtisadiyyatımızda neft amilini nəzərə almasaq, görərik ki, bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərməsinə baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edib", - deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, gələcəkdə Cənub Qaz Dəhlizinin işə düşməsi, "Əsrin müqaviləsi”nin müddətinin uzadılması, əlavə investisiya qoyuluşu, qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nikbinliklə baxmaq üçün əsas verir.

Görüşdə Azərbaycanla Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol