• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni tarixçi: Biz türk törəməsiyik - VİDEO

Erməni tarixçi: Biz türk törəməsiyik - VİDEO
19.12.2017 20:54

İnternetdə Xarkovda yaşayan erməni tarixçi, ictimai xadim və bloqger Fillip Ekozyansın  video müraciəti yayılıb və o, erməniləri Osmanlı imperiyasının bir hissəsi sayır.

İstiPress-in məlumatına görə, Fillip Ekozyans həm də "Youtube”da yerləşdirdiyi videoda "erməni soyqırımı”, "Böyük Ermənistan” iddialarının avropalılar tərəfindən ermənilərə sırındığını bildirir.

Onun sözlərinə görə, avropalılar ermənilərə saxta tarix yazmağa başladılar: "Bu saxtalıqların arasında qədim erməni dövlətləri də vardı. Ermənilərin bir hissəsi, əsasən, masonlar, daşnaklar və müxalifətçi ziyalılar bu saxtalıqları real keçmiş kimi qəbul etdilər və qarşılarına Osmanlı imperiyasından ayrılmağı məqsəd qoydular ki, "Böyük Ermənistan” adlı bədii təxəyyül məhsulunu gerçəklikdə həyata keçirsinlər. Amma onların nail olduğu şey türklərdən ayrılmaq, doğma yurdlarından qovulmaq və bizim tam təcridimiz oldu”,- deyə Fillip Ekozyans bildirir.Onun çıxışından bəzi hissələri oxuculara təqdim edirik: "Biz hamımız gözəl biliri ki, türklər və ermənilər 400 il ərzində bir ailənin, bir dövlətin - Osmanlı imperiyasının hissəsi olublar. Bu, yaradıcılıq, möhtəşəmlik və vəhdət tarixi idi. Erməniləri Osmanlı imperiyasında sadiq xalq adlandırırdılar və biz təbii ki, buna layiq idik. Hər şey 19-cu əsrin ortalarında bizim həyatımıza britaniyalılar və avropalılar müdaxilə edəndən sonra dəyişdi”.

Qeyd edək ki, 19-cu əsrin ortalarından bu yana erməni alimlər bunun üçün çox "əziyyət çəkiblər”. Məsələn, 150 il qabaq erməni dilini rahatlıqla çüvaş dili səviyyəsində xristian türk ləhcələrinlən biri saymaq olardı. Çünki söz köklərinin əksəriyyəti qədim türk sözləri ilə izah edilirdi, aqlyunativ erməni qramatikası türk qramatikasına çox yaxın idi. Lakin ermənilər saxta sözönləri artıraraq dillərini Hind-Avropa dil ailəsinə yerləşdirdilər.

Düşmən çıxarılanlardan biri də  məşhur erməni dilçisi Hraçya Açaryandır. Açaryan 4-cü əsrdə yunan əlifbası ilə yazılmış erməni mətnlərini oxuyandan sonra onların türkizmlə bol olmasına heyrətini gizlədə bilməmişdi. O, qədim erməni dilinin türk dili olmasını deməsə də türk sözlərinin üstünlük təşkil etdiyini vurğulamışdı. Buna görə də erməni millətçiləri bir neçə il qabaq Hraçya Açaryanın heykəlinin üzərinə qara boya ataraq onu erməni millətinə ləkə saymışdılar.     Sonra tarixi saxtalaşdırlar. Məsələn, Herodot və digər alimlər erməniləri Frigiyadan gəlmiş yarımköçəri mosxların Urartunu ələ keçirdikdən sonra yaratdığı millət sayır. Y xromosom araşdırmaları həmin mosxların elə bozok türkləri olduğunu ortaya çıxarır. Çünki ermənilərdə də Anadolu türkləri və Türkmənistan türkmənləri kimi aparıcı ata geni R1b-dir və türkmənlər kimi 40 faizin ətrafında dəyişir. Lakin ermənilər bunu vurğulayan istənilən alimi düşmən elan edirlər.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol