• $
  • €
  • ₽
  • ₺
  • £

İki gözünü itirmiş hərbçimiz çıxılmaz vəziyyətdə

İki gözünü itirmiş hərbçimiz çıxılmaz vəziyyətdə
25.12.2017 15:56
Silahlı Qüvvələrərimizin müddətdən artıq xidmətçisi İlkin İlham oğlu Talıbov 2014-cü ilin dekabr ayında ermənilərin açdığı snayper atəşi nətcəsində iki gözünü itirib. İndi İlkinin gözlərinin görməsi mümkün deyil. Bir sözlə əlac yoxdur. 1990-cı ildə Füzuli rayonunda anadan olan İlkin Talıbov, indi anası və bacısı ilə Xaçmaz rayonunda kirayədə yaşadığını bildirir. 

Moderator.az-a danışan birinci qrup hərbçimiz ona mənzil verilməsi ilə bağlı müraciətlərinə aidiyyatı qrumların laqeyd yanaşdıqlarını deyib:

"Özüm Füzuli rayonundan məcburi köçkünəm. Hərbi xidmətdə olarkən ermənilərin açdığı snayper atəşi zamanı iki gözümü itirdim və sol qulağım kar oldu. Türkiyədə ağır əməliyyat keçirdim. Hal-hazırda Xaçmaz rayonunda yaşayıram. Anam və bacımla kirayədə sürünürük. Xaçmaz rayon Əlillər Cəmiyyətinin üzvüyəm. Mən mənzillə təmin olunmağım üçün Xaçmaz rayon icra hakimiyyətinə müraciət etdim. İcra hakimiyyətindən bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət edin. Əmək və Əhalinin Sosial müdafiəsinə müraciət etdim. Ordan da bildirdilər ki, Xaçmaz rayon icra hakimiyyətinə müraciət edin. Qalmışam bu iki qrumun arasında. Bir il yarımdır ki, yollardayam. İki gözünü vətən yolunda itirmiş bir adamı yollarda sünürdürmək insanlığa sığarmı?! Əlilliyə görə taqaüt və prezident təqaütü ilə təmin olunmuşam. Onun da yarısını kirayə puluna verirəm. Bir neçə dəfə Xaçmaz rayon icra hakimiyyətinə getmişəm. Mənim icra başçısı Şəmsədin Xanbabayevlə görüşməyimə imkan yaratmırlar. Elə hər dəfə köməkçiləri qapıda mənə uydurma vədlər verib geri qaytarırlar. Mən inanıram ki, mənzil problemimdən ölkə başçısının xəbəri olsa, bu problem tezliklə həllini tapacaq. Sizlərdən xahiş edirəm mənim bu problemimin həll olunması üçün mənə köməklik edəsiniz”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol