• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən alpinistlərin ailələri prezidentə müraciət etdi

İtkin düşən alpinistlərin ailələri prezidentə müraciət etdi
05.01.2018 15:38
Dekabrın 23-də itkin düşən "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü- Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun ailəsi prezident İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müraciət ünvanlayıb.

"Qafqazinfo”ya daxil olan müraciətdə deyilir:

"Cənab prezident və Birinci vitse-prezident Mehriban Əliyeva!

Övladlarımız dekabrın 23-də Tufandağ ərazisinə birlikdə yürüyüş edib. Onların bizə xəbər verdiklərinə əsasən, ayın 25-də evə qayıtmalı idilər. Dekabrın 24-də onlarla əlaqə tamam kəsilib. Aparılan uzunmüddətli axtarışlara baxmayaraq, hələ də itkin düşmüş alpinistlərdən bir xəbər yoxdur. Hüseynov Babur Ailəsi ilə dekabrın 23-ü saat 11:30-da telefonla əlaqə saxlayıb, Xınalıqda olduğunu deyib. Dekabrın 24-ü saat 16:26-da isə WhatsApp-la hər şeyin qaydasında olduğunu ailəsinə xəbər verib.Sonradan isə hər üçü ilə əlaqə kəsilib və heç biri geri qayıtmayıb. Bu səbəbdən B. Hüseynovun ailəsi dekabrın 26-sı səhər saatlarında Xətai rayon 37-ci polis bölməsinə yazılı müraciət edib.

Sizin məsələni diqqətinizdə saxladığınıza inanırıq. Lakin hər keçən dəqiqənin əleyhimizə işlədiyini düşünüb, nə cür dəhşətli hisslər yaşadığımı sözlə ifadə edə bilmirik. Valideyn olaraq bizi yaxşı anladığınızdan əminik. 

Cənab prezidentim, hörmətli vitse-prezident! Sizdən məsələnin birbaşa nəzarətinizə götürməyi, axtarışların bir az da gücləndirilməsini tapşırıq verməyinizi sonsuz dərəcədə xahiş edirik. 

İlk növbədə həmin gün o ərazidə olan bütün telefon radiuslarının yoxlanılmasının mümkün olub – olmadığını bilmək istəyirik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə onların son koordinatlarının yerini təyin etməyib. Artıq 11 gündür ki, bu barədə aidiyyatı qurumlardan bizə heç bir məlumat verilmir. Bu məsələni xüsusilə nəzarətə götürmənizi təkrar-təkrar xahiş edirik. Ikinci xahişimiz isə qonşu, yaxud xarici ölkələrdən daha müasir və axtarışa faydalı olacaq avadanlıqların və peşəkar alpinistlərin bu işə cəlb olunmasıdır. Könüllü şəkildə yardım etmək istəyən alpinistlər var. Ancaq onların ölkəyə gəlməsi üçün rəsmi dövlət icazəsi olmalıdır. 

Biz Tufandağ ərazisində böyük cəhdlərlə çalışan dəstələrin əllərindən gələni etdiklərini bilirik. Bütün dövlət qurumlarına, balalarımızı axtaran hər kəsə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, ən qısa zamanda Sizin xüsusi nəzarətinizin bəhrəsi olaraq lazım olan bütün tədbirlər görüləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol