• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkilləri “Cümhuriyyət İli” qərarını alqışladılar

Millət vəkilləri “Cümhuriyyət İli” qərarını alqışladılar
10.01.2018 14:37
Ölkə prezidenti öz çıxışlarında dəfələrlə Heydər Əliyevin siyasi kursuna sadiq qalacağını vurğulayıb və atdığı addımlar, yeritdiyi siyasətdə də bunu görmüşük, görürük.

Anews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirərkən deyib.

O hesab edir ki, dövlət başçısının 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi həm kökü çox qədimlərə gedən dövlətçilik ənənələrimizə sayğının, həm də Heydər Əliyev kursuna sadiqliyin növbəti təsdiqidir:

"Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını da dövlət rəmzimiz kimi Naxçıvanda ilk qaldıran məhz Ulu Öndər olmuşdu”.

Millət vəkili Zahid Oruc da hesab edir ki, ölkə başçısının qərarı Cümhuriyyət ideallarının əbədiyaşar olduğunu, onun müstəqil Azərbaycan dövlətinin quruculuğunda əhəmiyyətli yer tutduğunu göstərməyə, 100 illik tariximizə sahib durmağa və ADR-in mənəvi-siyasi mirasını qoruyub saxlamağa xidmət edir.

Onun sözlərinə görə, ötən on illər ərzində təkcə dövlət atributları - bayraq, gerb, himnlə bağlı deyil, eləcə də, Şərqdə ilk demokratik respublika təsis edərək xalqımızın min illlik arzularını gerçəkləşdirməyə qadir olmaq misilsiz hadisədir:

"Sovetlər Birliyinin çöküşü ilə dünya siyasi xəritəsində öz varlığını və milli azadlıq arzularını gerçəkləşdirməyi bacaran bir xalqın öz milli müstəqilliyinin 100 illik yubileyini qeyd etməyə tam haqqı var. Hər nə qədər 70 illik sovet dönəmindən keçilsə də, tarixi arasıkəsilməzlik milli məfkurə sistemimizin əsasını təşkil edir. Ona görə prezident İlham Əliyev bir əsrin bütün mənəvi-ruhi bağlarını - Cümhuriyyət irsini Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik xəzinəsi ilə birləşdirərək keçmişlə gələcək arasında dərin bir varislik ənənəsi yaratmış olur. 

Ölkə rəhbərinin qərarı təkcə hakimiyyət orqanlarının deyil, hər bir azərbaycanlının üzərinə məsuliyyət qoyur ki, onlar müstəqilliyimizin 100 illik salnaməsinə dəyərli töhfələrini verə bilsinlər. Əslində, tarixin hər bir səhifəsindən - hətta o ağrılı hekayətlərlə olsa belə, faydalanmağı bacaran liderlər zamanın fövqünə qalxa və öz millətinin taleyində əbədi izlər qoya bilirlər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol