• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan Azərbaycan ordusundan qorxur” - General

“Ermənistan Azərbaycan ordusundan qorxur” - General
16.01.2018 10:48
Azərbaycanın Müdafiə nazirliyinin məlumatına görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb. Bu məlumatlar bir daha göstərir ki, Ermənistan tərəfinin itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. 

Ümumilikdə isə son günlər cəbhə xəttində vəziyyət gərginləşib, düşmən tərəfi Ağdamın kəndini atəşə tutaraq, yenidən mülki əhalini hədəfə alıb. 

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a bildirib ki, Ermənistan tərəfi Azərbaycan ordusundan qorxur və ehtiyat edir. Onun sözlərinə görə, hazırda Ermənistanda daxili gərginlik, xaos hökm sürür. 

"Ölkədəki vəziyyət Ermənistan rəhbərliyini ciddi narahat edir. Onlar cəbhədə atəşkəs rejimini tez-tez pozmaqla Ermənistan cəmiyyətini gərginlikdə saxlamağa çalışırlar. Əhaliyə göstərirlər ki, cəbhədə vəziyyət gərgindir, bu məqamda hakimiyyətə qarşı aksiyalar keçirilməsin”. 

Aydəmirov qeyd edib ki, düşmənin cəbhədəki istənilən cəhdini qarşısı alınır: "Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almağa qadirdir. Ermənistan tərəfi ordumuzun gücünə bələddir".

Qeyd edək ki, Ermənistanda və işğal altında olan Qarabağda düşmən itkilərinin sayı getdikcə artır. Rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş və 30 qeyri-döyüş itkisi verib. Həmçinin ötən il ermənilərin 100-dək yaralısı olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol