• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni diasporu Fətullayevi məhkəməyə verir

Erməni diasporu Fətullayevi məhkəməyə verir
24.02.2018 11:00
Azərbaycanın işğal altında olan ərazilərinə Bakıdan izn almadan qanunsuz səfərlər etdiyinə görə ölkənin qara siyahısına salınan Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyan jurnalist Eynulla Fətullayevi məhkəməyə verməyə hazırlaşır.

Axar.az xəbər verir ki, artıq Karampetyanın vəkili Corc Henri Byussi Fətullayev və "Haqqin.az” saytına bununla bağlı məlumat göndərib. Byussi saytdan Karampetyanın fəaliyyəti haqqında bir müddət əvvəl Eynulla Fətullayevin qələmə aldığı araşdırmanın silinməsini tələb edib.

"Haqqin.az” saytı artıq məsələ ilə əlaqədar bəyanat da yayıb. Sayt Karampetyanın fəaliyyəti haqqında jurnalist araşdırmasının beynəlxalq qanunvericiliyi, Avropa Konvensiyasını və Azərbaycan qanunlarını pozmadığını bildirib. Redaksiya həmçinin saytın rəhbəri Eynulla Fətullayevin Belçika məhkəməsinə çıxmağa və Karampetyanın qanunsuz fəaliyyətini sübut etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Fətullayev fevralın 20-də "Kaspar işi: xüsusi xidmət orqanları, brillyantlar və qan” məqaləsini yayımlayıb. Məqalədə Karampetyanın fəaliyyəti geniş işıqlandırılıb. Fətullayev öz yazısında erməni diasporunun Avropa qanadının liderini separatçı rejimin legitimləşdirilməsində ittiham edib.

Baş Prokurorluq Karampetyanın 2014-2018-ci illər ərzində Azərbaycan sərhədini qanunsuz keçməsi və Xankəndində olmasını, Azərbaycanın suverenliyi əleyhinə çıxışlar etdiyini müəyyən edib. Ona qarşı cinayət işi qaldırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol