• $
  • €
  • ₽
  • ₺
  • £

Ən böyük arzum ölmək idi – Erməni əsirliyindəki tələbə

Ən böyük arzum ölmək idi – Erməni əsirliyindəki tələbə
26.02.2018 16:50
O, 1992-ci ildə Xocalıda baş verən faciədən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində aldığı təhsili yarıda qoyaraq cəbhəyə yollanıb. Hələ 19 yaşında müharibəyə atılan Ömər Nəsibov bu gün də gördüklərini unuda bilmir, şahidi olduqları ilə ömüb böyü yaşamağa məhkumdur.

Müharibədə və əsirlikdə olduğu müddət yaşadıqlarını Axar.az-a danışan Ö.Nəsibov bildirib ki, il yarım müharibədə gördüklərinin milyon qatını il yarım erməni əsirliyində olduğu müddət ərzində yaşayıb. Bu gün də aldığı travmaların əziyyətini çəkən və bədənində gördüyü hər yarada o anları xatırlayan keçmiş döyüşçü bildirib ki, bu gün onun sağ qalması əslində möcüzədir.

Müsahibim bildirib ki, Xocalı soyqırımı ilə bağlı efirdə yayımlanan kadrları gördükdən sonra ermənilərin bu vəhişiliyinə dözməyib, ali təhsilini yarımçıq buraxıb, ailəsinin xəbəri belə olmadan könüllü batalyona yazılıb. Füzuli, Cəbrayıl və başqa bölgələrdə döyüşən Ömərdən ailəsi çox-çox sonra xəbər tutub. Ancaq il yarımlıq müharibə həyatında tələbə Ömərin başına olmazın müsibətlər gəlib.

Ömər danışır ki, döyüşlərin birində əsgər yoldaşları ilə birlikdə pusquya düşür, partlayış nəticəsində özündən gedir. Gözünü açanda isə özünü erməni əsirliyində görür:

"Əsirlikdə yaşadığım dəhşətlər, məşəqqətlər, işgəncələrdə ən böyük arzum ölmək idi. Mən daxil, bütün əsirləri ölüncəyə qədər döyürdülər. Dözməyib ölən də var idi. Dözənlər isə özlərindən gedirdi. Ayılandan sonra üstünə su töküb bir də döyürdülər. Dırnaqlarımı qoparırdılar, dişlərimi sındırırdılar, özümdən gedəndən sonra üstümə su töküb ayıldır, təkrar-təkrar döyürdülər. Mən il yarım əsirlikdə "Qarabağ ermənilərindir" sözünü demədiyim üçün hər gün döyülmüşəm".

İl yarımlıq əsirlik həyatından sonra Ömər bir daha oradan xilas olmayacağını düşünür:

"Əsirlikdən qurtulacağımı fikirləşmirdim. Gözləyirdim ki, məni də öldürsünlər. Artıq döyülməkdən bütün bədənim heç nə hiss etmirdi. Hər gün bir əsir öldürülürdü. Mən də öz növbəmi gözləyirdim".

Ömər bildirir ki, adətən əsir düşən kişiləri döyür öldürür və ya güllələyirdilər. O da öz növbəsini gözlədiyi anda möcüzə baş verir:

"Həmin gün Qırmızı Xaç Komitəsindən nümayəndələr gəlmişdi. Bu müddətdə ailəm nələr çəkib, bir Allah bilir. Əsirlikdən sonra xəstəlik tapan anam çox yaşamadı. Elə atam da dərddən-fikirdən dünyasını dəyişdi.

Mən əsirlikdə olanda valideynlərim dəfələrlə ölkə rəhbərliyinin yanına getmişdi. Sağ olsunlar. O zaman Vəfa Quluzadənin vasitəçiliyi ilə ailəm Heydər Əliyevlə görüşmüşdü. Bu görüşdən sonra Qırmızı Xaç Komitəsi vasitəsi ilə məni əsirlikdən geri qaytardılar. Oradan xilas ola bildim. Ancaq oradan xilas olmaq məni işgəncələrdən qurtarmadı".

İndi vağzalda kitab satan Ömər deyir ki, əsgərlik dostu Qəbələdə doğma evlərinə gedib və ona görə qardaşına başsağlığı verib:

"Əsgərlik yoldaşım qardaşımı tapıb. Üstündən illər keçib, gedib qardaşımı görüb başsağlığı verib. Elə bilib ki, əsirlikdə ölmüşəm. Qardaşım ona hər şeyi danışıb. Deyir ki, biləndə sağam, hönkür-hönkür ağlamağa başlayıb, inana bilməyib buna. Amma mən bu yolda hər şeyimi itirsəm də, peşman deyiləm. Çünki vətən üçün etmişəm, yenə edərəm".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol