• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qarabağ savaşına hazırlaşır

Azərbaycan Qarabağ savaşına hazırlaşır
20.03.2018 17:49
Rusiya Cənub Hərbi Dairəsinin Ermənistan və Cənubi Osetiyada keçirdiyi hərbi təlimlər Azərbaycanın hərbi təlimi ilə bağlı ola bilər.

Axar.az xəbər verir ki, bunu "Kavkaz uzel" saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

"Təlim plana uyğun olaraq aparılır, amma biz Qarabağda hərbi konflikti də istisna edə bilmərik. Heç kim konfliktə diqqət etmir. Azərbaycanın hərbi təlimi hərbi fəaliyyətlərə birbaşa hazırlıq xarakteri daşıyır", - deyə o bildirib.

Felgenhauer Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyata başlaya biləcəyini də söyləyib. O, dünya ictimaiyyətinin böyük müharibəyə səbəb ola biləcək konflikti görməzdən gəldiyini bildirib:

"Qarabağdakı konflikti unutmaq tendensiyası mövcuddur. Belə ki, böyük güclər burada birbaşa iştirak etmirlər".

Ekspert Azərbaycanın mütəmadi olaraq təkcə Rusiyadan yox, həm də İsrail və Türkiyədən silah aldığını bildirib:

"Azərbaycanın aldığı İsrail silahları arasında səyyar atəş sistemləri, zərbə endirən pilotsuz uçan aparatlar, "Spayk” tank əleyhinə raket sistemləri var. Bu, müasir, effektiv tank əleyhinə sistemlərin üçüncü nəslinə aiddir və Amerikanın "Javelin” sistemlərinin bənzəridir. Belə bir silah təkcə Ermənistanda deyil, Rusiyada da yoxdur. Azərbaycan silahlanmasına böyük pullar xərcləyir".

Qeyd edək ki, martın 12-də Azərbaycan ordusu genişmiqyaslı hərbi təlim keçirib. Təlimdə 25 min hərbçi iştirak edib. Təlimə raket-artilleriya qüvvələri və aviasiya da cəlb edilib. Bəzi hərbi ekspertlər təlimdə yeni silahların sınaqdan keçirildiyini bildiriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol