• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana Azərbaycandan kim səs verib? - RƏSMİ AÇIQLAMA

Ermənistana Azərbaycandan kim səs verib? - RƏSMİ AÇIQLAMA
16.04.2018 15:17
"Həmin səsvermə əvvəlki rəhbərliyin dövründə olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov deyib. O, Azərbaycan nümayəndə heyətinin 2016-cı ildə Polşada keçirilən səsvermə zamanı İsrailə yox Ermənistana səs verməsini  belə şərh edib:

"Bu hal bizdən asılı olan məsələ deyil. Həmin səsvermə əvvəlki rəhbərliyin dövründə olub. Məsələ ilə bağlı federasiya olaraq Avropa Qılıncoynatma Konfederasiyasına sorğu göndərmişik. Bu sorğuda Konfederasiyanın 2016-cı ildə Polşanın Torun şəhərində keçirilən konqresində səsvermənin nəticələrilə bağlı məlumatın göndərilməsi xahiş olunur. Biz bilmək istəyirik ki, həqiqətənmi, Azərbaycan orada iştirak edib və kiməsə səs verib. Dünən (bazar günü-red.) qeyri-iş günü olduğundan Avropa Qılıncoynatma Konfederasiyası ilə əlaqə saxlaya bilməmişik. Ona görə də məsələ ilə bağlı dünənə qədər nəsə etmək mümkün olmayıb. Yalnız bu gün səhərdən onlara sorğu göndərmişik. İndi də onların bizə göndərəcəyi cavabı gözləyirik”.

Qeyd edək ki, , qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyan bəzi məqamların üstünü açıb. O, çempionatın keçiriləcəyi yerin təyin edilməyi üçün səsvermə zamanı Azərbaycanın öz səsini namizədlər sırasından İsrailə deyil, Ermənistana verdiyini bildirib:

"Biz bu imkanı çətinliklə qazanmışıq. 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol