• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan üçün ÖLÜM PLANI, 100 il sonra eyni SSENARİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan üçün ÖLÜM PLANI, 100 il sonra eyni SSENARİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
07.05.2018 21:25
Nikol Paşinyan baş nazir seçiləcəyi halda, hökumətin tərkibi ilə bağlı planlarından danışıb. Rəsmi Moskva Ermənistanda hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarını ölkənin "daxili işi” kimi qiymətləndirsə də, ermənilərin fikrincə, Rusiya Ermənistanı qeyri-rəsmi şəxslərin dili ilə hədələyir. Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT-də islahatların vacibliyindən danışıb. ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın görüşünün yeri və tarixi açıqlanıb.
Ermənistanda hakim Respublika Partiyası baş nazirliyə namizəd Nikol Paşinyana kimin səs verəcəyinə bu gün qərar verəcək. Hakim fraksiyanın rəhbəri Vaqram Baqdasaryan müxalifətdə olmağa hazır olduqlarını bildirib.
"Bu gün iclasımız olacaq və sabah parlamentdə baş nazir seçkisində üzvlərimizdən kimin Paşinyanı dəstəkləyəcəyinə qərar verəcəyik”, - deyə o bildirib.
"Baş nazir seçiləcəyim halda, keçmiş hakimiyyət barəsində qisas olmayacaq”. Bu haqda ölkənin baş naziri postuna namizəd Nikol Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, yeni hökumətin tərkibinə oliqarxları daxil etmək niyyətində deyil.
"Mən rəsmən bildirirəm ki, mənim hökumətimdə oliqarxlar olmayacaqlar. İqtisadiyyatda inhisarçılıq olmayacaq”, - Paşinyan jurnalistlərə deyib.
"Kreml Nikol Paşinyanı üzdə "tanıyır”, lakin kulislərdə onun mövqeyini zəiflətməyə çalışır”. Bu barədə məşhur amerikalı politoloq Pol Qobl deyib.
P. Qobl qeyd edib ki, Paşinyan Moskva üçün münasib deyil.
"Çünki Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanı Rusiyadan uzaqlaşdıracaq. Lakin Kreml etirazçıları yatırmaq üçün birbaşa hücum etməyəcək. Daha effektli olması üçün yeni hökuməti devirəcək. Görünür, Putin Ukraynadan dərs çıxarıb”, - deyə o bildirib.
Rəsmi Moskva Ermənistanda hakimiyyət əleyhinə keçirilən atiraz aksiyalarını ölkənin "daxili işi” kimi qiymətləndirir. Kremlin sözçüsü Dmitri Peskov və Xarici İşlər Nazirliyinin rəsmizi Mariya Zaxarovanın bəyanatlarında bu yanaşma özünü göstərir.
Rusiyanın Ermənistandakı səfirliyinin bir gün əvvəl yaydığı bəyanatında də Moskvadan verilən bəyanatlar xatırlanır. Bəyanata görə, "məxməri inqilab”ın liderləri dəfələrlə bildiriblər ki, siyasi proses xarici siyasətdə dəyişiklikləri nəzərdə tutmur.
Amma erməni şərhçi Sarqis Artsruni bu fikirdədir ki, Moskva əslində Ermənistanı qanda batırmaqla hədələyir. (publika)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol