• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dünyanın geosiyasi xəritəsini dəyişdi - Açıqlama

Azərbaycan dünyanın geosiyasi xəritəsini dəyişdi - Açıqlama
13.06.2018 14:06
TANAP dünyanın geosiyasi xəritəsini dəyişən bir layihədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan qazının məhz Cənub Qaz Dəhlizi vasitəsilə TANAP layihəsi çərçivəsində Avropaya çatdırılması və onun TAP xəttinə qoşulması müsbət bir haldır:

"1400 km uzunluğu olan bir kəmərin dövlətlərin ərazisindən keçərək məhz Adriatik dənizinə çıxması tarixin ən mühüm hadisələrindən biridir. "Şahdəniz” qazının bu gün Avropaya çatdırılması 20 il bundan əvvəl təsəvvürə gəlməyən bir hadisə idi. Bu gün artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında mühüm rol oynayan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin də dediyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Azərbaycan artıq alternativ olaraq, böyük dövlətlərlə eyni müstəvidə adı çəkilən bir dövlətə çevrilir. Bu həm siyasi, həm iqtisadi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir”.

Politoloq vurğulayıb ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:

"TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Türkiyə, Ukrayna, Serbiya və digər dövlət rəhbərlərinin açılış mərasimində iştirakı bu layihəyə necə önəm verildiyini göstərir. Təbii ki, iqtisadi cəhətdən bu Azərbaycan üçün divident gətirən məsələdir. TANAP layihəsi başa çatmadan da Azərbaycan bu layihədən gəlir götürə biləcək. TANAP layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. Bölgülərə baxdıqda görürük ki, burda çox mühüm əhəmiyyət kəsb edən amillər var. Dünyanın qlobal layihələrində iştirakı Azərbaycana bir sıra mühüm məsələlərinin həllinə müsbət mənada kömək edəcəkdir”.

Qeyd edək ki, dünən Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol