• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP və Naxçıvan əməliyyatları: Rusiya niyə susdu?

TANAP və Naxçıvan əməliyyatları: Rusiya niyə susdu?
15.06.2018 12:27
Rusiyanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərlə münasibətlərində problemlər yaranıb. Demək olar ki, Rusiya bütün qonşuları, hətta öz müttəfiqləri ilə əlaqələrində ciddi problemlərlə üzləşib.

Teleqraf.com-a açıqlamasında politoloq Eldar Namazov belə deyib.

Politoloq vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqına üzv olan dövlətlərlə Rusiya arasında keçilməz sədlər yaranır:

"Xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Almatıda olarkən, çox ciddi şəkildə Qazaxıstana öz iradlarını bildirdi. Son zamanlarda Qazaxıstanın ABŞ-la bir sıra müqavilələr imzalaması, viza rejimini sadələşdirməsi və ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinə logistik dəstək verməsi Rusiyanın etirazına səbəb olur. Rusiya o cümlədən, bir sıra məsələlərə görə, Belarusla da fikir ayrılıqları yaşayır. Ən yaxın müttəfiqi olan Ermənistanda hakimiyyətə Qərbyönümlü siyasi qüvvələrin gəlməsi də, Rusiyanın bu ölkə ilə olan münasibətlərinə mənfi təsir göstərir”.

Eldar Namazov qeyd edib ki, həmin ölkələrdən fərqli olaraq, Azərbaycan isə Rusiya ilə münasibətləri qoruyub saxlamağa çalışır: "Digər yandan da, Azərbaycanın Rusiya qarşısında öhdəliyi yoxdur. Azərbaycan Rusiya ilə heç bir hərbi-siyasi və iqtisadi blokda təmsil olunmur. Bu baxımdan, Rusiya onunla eyni blokda təmsil olunan ölkələrə öz iradlarını bildirə bilər. Bu iradları da bildirir və buna görə də, həmin blokların içində dərin çatlar yaranıb.

Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarına uyğun siyasət yürüdür. Rusiya Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən, yaxud, öz ərazilərini işğaldan azad etməyə yönəlik atdığı addımlardan narazı ola bilər, amma onun Azərbaycanın bu fəaliyyətinə qarşı çıxmağa hüququ yoxdur. Buna görə də, Rusiya ancaq eyni bloklarda təmsil olunan dövlətlərə söz deyə bilər”.

TANAP məsələsinə gəlincə, politoloqun sözlərinə görə, Rusiyanı burada narahat edən məsələ Türkmənistanın bu xəttə qoşulmaq ehtimalı ilə bağlıdır: "Əgər dünyanın ən böyük qaz ehtiyatlarına malik olan ölkələrdən biri kimi Türkmənistan bu layihəyə qoşulsa, o zaman, TANAP Avropada Rusiya qazına ciddi rəqib kimi ortaya çıxacaq. Lakin bu Azərbaycanın müstəqil qərarıdır və Rusiyanın bunu dəyişdirə biləcəyinə inanmıram”.

Eldar Namazov bildirib ki, Rusiyanın həmçinin, bir neçə gün əvvəl Azərbaycan ordusunun Naxçıvan istiqamətində Ermənistanın təxribatına qarşı keçirdiyi əməliyyatlara etiraz etməsinə hüququ əsası yoxdur:
"Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq hüquq normalarına uyğundur və bu, bizim suveren hüququmuzdur. Başqa sözlə, Rusiyanın istər TANAP layihəsinə, istərsə də Naxçıvan əməliyyatlarına görə Azərbaycana etiraz etməməsi başa düşüləndir. Hər halda Rusiya Azərbaycanın müstəqil dövlət olduğunu qəbul edir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol