• $
  • €
  • ₽
  • ₺
  • £

Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT

Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT
18.07.2018 15:12
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün həbs edilərək, Bakıya gətirilən, daha sonra Azərbaycan Prezidentinə xahiş etdiyi üçün azad edilən, lakin anti-Azərbaycan fəaliyyətini hələ də davam etdirən Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin Feysbuk səhifəsində paylaşdığı video Gəncədə polis zabitlərinə qarşı törədilən terror aktı fonunda diqqət çəkir.

Publika.az xəbər verir ki, Lapşinin paylaşdığı videonu Belarus pasportu ilə Azərbaycanın Gəncə şəhərinə gələn erməni əsilli Vlad Maqa hazırlayıb.

Lapşin "Azərbaycanı ziyarət edib Gəncədə "ata evinə” qədər gedən Belarus vətəndaşı olan bir erməni” deyə yazıb.

Lapşin videoya yazdığı şərhdə iddia edir ki, "Qarabağ müharibəsində ermənilər Gəncədən qaçmağa məcbur olublar, onların evlərini azərbaycanlılar "tutub”. Erməni əsilli gənc Gəncəyə gedərək gözəl bir reportaj hazırlayıb”.

Həmin erməni Gəncəyə səfərindən sonra Ermənistana gedib, orada isə işğal altındakı Dağlıq Qarabağ bölgəsini ziyarət edib.

Lapşin bu informasiyanı iyulun 9-da paylaşıb. Azərbaycan mediası isə bu haqda iyulun 10-da məlumat yayıb. Diqqətçəkən məqam odur ki, bu informasiyanın paylaşılmasından bir gün sonra Gəncədə terror aktı baş verdi.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbəy erməni əsilli Maqanın Azərbaycana gələrək, rahat şəkildə istədiyini etməsinə belə münasibət bildirib: "Sorosun dəstəklədiyi erməni agentlər Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərirlər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol