• $
  • €
  • ₽
  • ₺
  • £

Xüsusi ƏMƏLİYYAT: Qarabağa silah daşıyan gizli emalatxana aşkarlandı

Xüsusi ƏMƏLİYYAT: Qarabağa silah daşıyan gizli emalatxana aşkarlandı
24.07.2018 11:27
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları silah qaçaqmalçılarına qarşı xüsusi əməliyyat keçirib. Nəticədə yüzlərlə silah-sursat ələ keçirilib. Məlumatlara görə, qaçaqmalçılar Ukraynanın Donetsk bölgəsinə və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz silah aparırlarmış. Bu bölgələrə daşınan silahlar iki gizli emalatxanada istehsal olunurmuş.

Publika.az xəbər verir ki, FSB silah qaçaqmalçılarının Avropa İttifaqı ölkələrindən Rusiya ərazisinə silah daşıdıqları haqda məlumat yayıb.

Məlumata görə, qaçaqmalçılardan odlu silahın 400 vahidi götürülüb, həmçinin, böyük miqdarda avtomat silah (25 pulemyot, 30 avtomat, 70 tapança), yüz ədəd tüfəng, 158 ədəd rovelver tapança, qumbaratan və minaatanlar və s. müsadirə olunub.


Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti Andrey Koşkin danışır ki, silahlar bir qayda olaraq "isti nöqtələrdən” və qeyri-stabil ölkələrdən gətirilir: "Lakin bəzən Avropa ölkələri kimi qanunun yaxşı işlədiyi ölkələrdən də silahlar gətirilə bilər. Silah Rusiyaya iki məqsəd üçün "idxal edilir”. Birincisi, "yükboşaltma” məqsədilə. Rusiyadan potensial münaqişə bölgələrinə aparılır. Rusiyanın ətrafında birdən daha çox münaqişə bölgəsi var. Ələ keçirilən silahlar arasında tank əleyhinə minaların və qumbaraatanların olması bunu deməyə əsas verir.
İkincisi, daxildə terrorçulara satılır. Bu haqda prezident Vladimir Putin dəfələrlə danışıb. Bildirib ki, Rusiya Federasiyasında müxtəlif terror qruplaşmalarının, həmçinin, radikalların aktivləşməsi müşahidə olunur. Atıcı silahların, döyüş sursatlarının və partlayıcı maddələrin sifarişçiləri bu qruplaşmalar ola bilər”.

Əməliyyat nəticəsində iki gizli emalatxananın fəaliyyəti sıradan çıxarılıb. Bu emalatxanalarda odlu silahların müasirləşdirilməsi və döyüş sursatlarının istehsalı həyata keçirilirmiş. İstehsal olunan silahların Donetskə və Dağlıq Qarabağa "ixrac edildiyi” deyilir.

A.Koşkin deyir ki, bu iki bölgədən silah sifarişləri olduğu üçün gizli emalatxanalar yaradılıb.

Görünür, Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunu silahlandırmaq üçün daha ucuz başa gələn qaçaq yollarla silah-sursat əldə edir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol