• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın məmur qardaşları: kim kimlə qardaşdır? - SİYAHI

Azərbaycanın məmur qardaşları: kim kimlə qardaşdır? - SİYAHI
25.07.2018 16:37
Ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul dövlət məmurlarının həyatı ictimai diqqət çəkir. Əslində burada qəribə bir şey də yoxdur. Bir insan məşhurdusa, yüksək dövlət vəzifəsi daşıyırsa, ictimaiyyətin onun həyatına, ətrafındakı insanlara maraq göstərməsi təbiidir.

Azxeber.com Azərbaycanda yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırma aparıb.
 
Araşdırma nəticəsində məlum olub ki:
 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qardaşdır. Əhməd Əhmədzadənin 73, Mübariz Əhmədzadənin isə 71 yaşı var. Ə.Əhmədzadə 12, M.Əhmədzadə isə 9 ildir eyni vəzifəni daşıyır.
 
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Milli Məclisin deputatı Malik Həsənov qardaşdır. Kərəm Həsənovun hazırda 49, Malik Həsənovun isə 47 yaşı var. İddialara görə, M.Həsənov paralel olaraq qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ölkənin ən böyük tikinti şirkətlərindən olan "Azinko”nun sahibidir.
 
Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevqardaşdır. Xanlar Vəliyevin 63, Elmar Vəliyevin isə 58 yaşı var. E.Vəliyev bir müddət öncə sui-qəsdə məruz qalsa da, hazırda səhhəti yaxşıdır və müalicəsini davam etdirir.
  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Milli Məclisin deputatı Cavanşir Paşazadəqardaşdır. Şeyxülislamın 69, C.Paşazadənin isə 65 yaşı var. Hələ sovetlər dönəmindən bütün Qafqazın Şeyxi statusunu qoruyan A.Paşazadə tarix elmləri doktoru, professordur.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tarıyel Qurbanov qardaşdır. Mübariz Qurbanlının 64, Tarıyel Qurabanovun isə 59 yaşı var. M.Qurbanlı eyni zamanda hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavinidir.
 
Xatırladaq ki, vaxtilə yüksək vəzifə daşımış sabiq məmurlar arasında da qardaşlar az olmayıb.
 
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Milli Məclisin keçmiş deputatı Elton Məmmədovla, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev "Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyevlə, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli NağıyevSəbail rayon Polis İdarəsinin keçmiş rəisi Nazim Nağıyevlə, sabiq Təhsil naziri Misir Mərdanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbərinin müavini İlham Mərdanovla qardaşdırlar.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol