• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov Ermənistanla sərhəddə – tapşırıqlar verdi - VİDEO

Zakir Həsənov Ermənistanla sərhəddə – tapşırıqlar verdi - VİDEO
02.08.2018 09:57
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istilik sistemləri, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Sonra nazir sərhədyanı ucqar dağ kəndlərindən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı ucqar dağ kəndinə rahat asfalt yolunun salınması, qaz və işıq xətlərinin çəkilməsinə görə öz məmnunluqlarını ifadə edən kənd sakinləri Müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.

Kənd camaatı Azərbaycan Ordusunun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini və əhalinin hərbçilərə etimadının yüksək olduğunu da bildirib.

Sonra yerli sakinlərlə söhbət çay süfrəsi ətrafında davam etdirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol