• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Qərbə embarqosundan Azərbaycan qazandı

Rusiyanın Qərbə embarqosundan Azərbaycan qazandı
06.08.2018 12:28
MDB ölkələri, o cümlədən Azərbaycan Rusiyanın Qərbə qarşı tətbiq etdiyi ərzaq embarqosundan qazanıb. 
 
Oxu.Az xəbər verir ki, bununla bağlı "RİA Novosti” agentliyində yayımlanan yazıda məlumat verilib. 
 
Qeyd edilib ki, buna görə MDB ölkələri Rusiyaya ərzaq idxalını artıra biliblər. 

Məsələ ilə bağlı "RİA Novosti” ilə fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanlı fermer və istehsalçılar üçün böyük imkanlar yaranıb.
 
"Rusiya və Qərb arasında münasibətlərin gərginləşməsi və qarşılıqlı sanksiyaların tətbiqi qonşu ölkələr üçün imkanlar yaradır. Azərbaycan, əlbəttə ki, bu vəziyyətdə dividendə malikdir”, - ekspert bildirib. 
 
Onun sözlərinə görə, Rusiyaya kənd təsərrüfatı mallarının ixracında əhəmiyyətli dərəcədə artım var. 
 
"Rəsmi məlumatlara görə, son altı ayda ixrac 19 faiz artıb. Azərbaycanlı fermer və istehsalçılar üçün Rusiya bazarına çıxış üçün böyük imkan yaranıb. Belə bir tələbat ortaya çıxıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanda böyük potensial var”, - ekspert qeyd edib.
 
İqtisadçı İlqar Vəlizadə hesab edir ki, sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün müəyyənedici deyil, stimullaşdırıcı rol oynayır. 
 
"Azərbaycan iqtisadiyyatı bütövlükdə qonşu dövlətlərin və bölgələrin iqtisadiyyatı ilə sıx əlaqədədir. Rusiya bazarı Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir”, - o əlavə edib.
 
Vəlizadənin fikrincə, respublikada aqrar sahənin ixrac potensialı bir çox hallarda Rusiya bazarının tələbatı hesabına formalaşır.
 
"Və sanksiyalar burada müəyyənedici deyil, stimullaşdırıcı rol oynayır. Ötən il meyvə-tərəvəz məhsullarının ixrac həcmi əvvəlki illə müqayisədə 45 faiz artıb. Azərbaycandan meyvə və tərəvəzlərin ixracının, demək olar ki, 90%-i Rusiya bazarının payına düşür”, - o bildirib. 
 
Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Ukraynadakı və Krım ətrafındakı vəziyyətlə əlaqədar gərginləşib. Qərb Rusiyaya qarşı sanksiyalar irəli sürüb. 
Moskva 2014-cü il avqustun 6-da buna qarşı cavab tədbirləri ilə bağlı qərar qəbul edib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol