• $
  • €
  • ₽
  • ₺
  • £

Alman deputatın Azərbaycana girişinə qadağa qoyulmasına RƏSMİ münasibət

Alman deputatın Azərbaycana girişinə qadağa qoyulmasına RƏSMİ münasibət
21.08.2018 14:09
"Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb".

Bunu BAKU.WS-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetində almaniyalı parlamentariyə Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yazılan məlumatlara münasibət bildirərkən deyib.

"Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər", - o qeyd edib.

Qeyd edək ki, avqustun 20-də "Bild" qəzeti Almaniya XİN-in Azərbaycan səfirliyi ilə əlaqə qurduğunu və deputat Albert Vayler üçün viza alınması ilə bağlı məsələnin həllinə uğursuz cəhd göstərdiyini yazıb. O, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun üzvüdür, Almaniya hökumətinin nümayəndə heyətinin üzvlərinin siyahısında yer alıb. A.Vayler 2014 və 2016-cı illərdə işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlər edib.

Xatırladaq ki, bu həftə Almaniya kansleri Angela Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol