• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov və Şahin Mustafayev birgə müşavirə keçirdi

Ramil Usubov və Şahin Mustafayev birgə müşavirə keçirdi
29.08.2018 17:40
Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı birgə müşavirə keçirib.

Unikal.org-a daxil olan məlumata görə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsanamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 23 oktyabr 2013-cü il tarixli fərmanından və "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” 29 iyun 2018-ci il tarixli qanundan irəli gələn vəzifələrin icra vəziyyətinə həsr olunmuş birgə müşavirə keçirilib.

Müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qeyd olunan normativ-hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabr ayının 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb, Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş "İdrak Texnoji Transfer” şirkətinin bütün ölkə ərazisində göstərilən tarixdən yeni sənədin verilməsi istiqamətində hazırlıq, texniki işləri uğurla başa çatdırdığını bildirib.

Ş.Mustafayev yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunmuş bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. O, qeyd olunan məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan bütün problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkürünü bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol