• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı...

Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı...
24.09.2018 11:50
Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində görüşəcəklər. Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək.

Publika.az-a istinadən xəbər verir ki, bu görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk ciddi təmas hesab oluna bilər. Buna qədər iki ölkənin XİN rəhbərləri beynəlxalq tədbirlərdə ayaqüstü salamlaşmışdı. Qarabağ münaqişəsi Paşinyan hakimiyyəti dövründə ilk dəfə müzakirə masasına qaldırılacaq. Bu baxımdan, XİN rəhbərlərinin görüşü proseslərin hansı ssenari üzrə davam edəcəyini müəyyənləşdirəcək.

Azərbaycan münaqişənin yeganə həll variantının ərazilərin qaytarılmasından keçdiyini işğalçı ölkənin baş diplomatının diqqətinə çatdıracaq. Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı səsləndirdiyi "Qarabağ münaqişəsinin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir” açıqlaması da Bakının mövqeyində sərt dayandığını və bugünkü görüşdə məhz bu prinsipin vurğulanacağını göstərir.

İşğalçı Ermənistanın mövqeyi də aşağı-yuxarı bəllidir. Xüsusilə Nikol Paşinyanın hakimiyyətə gələndən sonra "Qarabağ danışıqlarda tərəf olmalıdır” kimi absurd təklifləri İrəvanın niyyətini açıq edir. Bu, həm də danışıqlar prosesini ağırlaşdıran məqamdır.

Mümkündür ki, saatlar sonra baş tutacaq görüş ciddi nəticə verməyəcək və bu, ərazilərin azad olunması üçün hərbi yoldan başqa variantın qalmadığını təsdiqləyəcək. Azərbaycan Ordusunun bir neçə gün öncə keçirdiyi genişmiqyaslı təlimlər, cəbhədə hazır vəziyyətə gətirilməsi və s. hərbi addımlar da Bakının beynəlxalq hüquqa əsasən öz ərazilərində anti-terror əməliyyatına başlaya biləcəyi ehtimalını artırır. Məhz Nyu-Yorkdakı görüş prosesin dönüş nöqtəsi ola bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol