• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahkı Qarabağ mitinqini kim keçirir və kimlər qatılacaq?

Sabahkı Qarabağ mitinqini kim keçirir və kimlər qatılacaq?
28.09.2018 16:15
Qarabağ mitinqini kimin və ya hansı təşkilatın keçirməsindən asılı olmayaraq, hamımız Qarabağ adına olan bütün aksiyaları dəstəkləməliyik və qoşulmayılıyıq. Qarabağ məsələsinə bütün siyasi qüvvələr dəstək verməlidir.

Bu sözləri Axar.az-a BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı sabah baş tutacaq Qarabağ mitinqi ilə bağlı danışarkən bildirib.

N.Orduxanlı deyib ki, BAXCP Qarabağ mitinqi ilə əlaqədar yerli rayon şöbələrinə məlumat verib və mitinqdə iştirak etməyi məqsədəuyğun hesab edib:

"Sentyabrın 29-da "Məhsul” stadionda keçirilən mitinqin əsas təşkilatçiları Qarabağ əlilləri və qaziləridir. Qarabağ bizim ümimmilli məsələmizdir. Kimin və ya hansı təşkilatın keçirməsindən aslı olmayaraq, biz Qarabağ adına olan bütün aksiyaları dəstəkləməliyik və qoşulmayılıyıq!

Biz partiya olaraq mitinqin hazırlıq prosesində iştirak etməmişik və mitinqə hansı siyasi partiyaların, QHT-lərin, ziyalıların qatılacağını bilmirik. Düşünürəm ki, bu bir milli məsələ olduğuna görə, hər kəs öz dəstəyini əsirgəməməlidir.

Sabah həmin mitinqə iştirak edəcəyik. Hər kəs çox yaxşı bilir ki, BAXCP hər zaman milli məsələrə dəstək verib və bundan sonra da verəcək”.

Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda "Məhsul” stadionunda Qarabağla bağlı mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol